dini radikalizm və ekstremizmlə mübarizə

Fransa Əsədin həbsinə order verdi


Fransa 2013-cü ildə kimyəvi hücumlarla insanlığa qarşı cinayət törətməsi ittihamı ilə Suriya Prezidenti Bəşər Əsədin beynəlxalq həbsinə order verib.

Məlumatı AFR yayıb.

Bildirilib ki, B.Əsəd 2013-cü ilin avqustunda Dəməşq yaxınlığında 1400-dən çox insanın ölümünə səbəb olan hücumlarla bağlı hərbi cinayətlərdə də şübhəli bilinir.

Əsədin qardaşı Mahir və iki hərbi general üçün də beynəlxalq order verilib.

Fransa hərbi və insanlığa qarşı cinayətlərlə əlaqədar beynəlxalq yurisdiksiyaya olduğunu iddia edir.

Oxunub: 109
Oxşar xəbərlər
SON XƏBƏRLƏR