dini radikalizm və ekstremizmlə mübarizə

Müdafiə Nazirliyinin rəhbər heyəti “Dubai Airshow 2023” sərgisində iştirak edir - FOTO


Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Dubai Airshow 2023” beynəlxalq sərgisində iştirak edirlər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin rəhbər heyəti burada Türkiyə Müdafiə Sənayesinin “ROKETSAN” şirkətinin stendində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.
“ROKETSAN” şirkətinin rəhbərliyi ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Oxunub: 161
Oxşar xəbərlər
SON XƏBƏRLƏR