“Biz "qara qızıl"ımızı kapitala çevirməyi məqsəd qoymuşuq. Bunun üçün elm və təhsilə diqqət ayırmalıyıq. Kim elm və təhsildən uzun müddət sonra nəsə gözləyirsə, düşməndir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Etibar Əliyev deyib.
“Ölkədə kölgə təhsili, repititorluq artıb. Hər valideynin övladına xərclədiyi pul dövlətin bir neçə şagirdə xərclədiyindən daha çoxdur. Şagirdlərin dərsdən yayınması gələcəkdə fəsadlara gətirib çıxaracaq. Bir çox abituriyent 0-50 bal yığır, bu, savadsızlıqdır. Həl il artan büdcə ayrılan təhsil beləmi olmalıdır?
Milli Məclisin sədri Sahibə Qafarova deputata cavab verib:
“Etibar bəy, sizin sözünüzdən elə çıxır ki, ölkədə heç təhsil yoxdur. Özünüz təhsildən gələn şəxsiniz. Bilirisiniz ki, təhsildə aparılan islahatlar bir, iki ilə nəticə vermir. Bunun üçün ən azı 6,7 il lazımdır. Yenə də bildirirəm ki, ən azı”.
Oxunub: 155