dini radikalizm və ekstremizmlə mübarizə

Gədəbəydə Ermənistanla həmsərhəd ərazidə yanğın zamanı mina partlayıb

Gədəbəydə Ermənistanla həmsərhəd ərazidə yanğın zamanı mina partlayıb

Ermənistan-Azərbaycan sərhəddinin Gədəbəy rayonu Novoivanovka kəndinə yaxın ərazidə baş verən yanğın zamanı mina partlayıb.

Yanğın hələ də davam edir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları, canlı qüvvəsi və digər qurumların əməkdaşları cəlb olunub.

Yanğın həmsərhəd ərazidə baş verdiyindən, həmçinin mina təhlükəsi nəzərə alınaraq yanğına tam müdaxilə etmək hələlik mümkün olmayıb. Amma alovun Novoivanovka kənd ərazisinə keçməməsi və təhlükənin artmaması üçün tədbirlər görülür. (Report)

Oxunub: 143
Oxşar xəbərlər
SON XƏBƏRLƏR