dini radikalizm və ekstremizmlə mübarizə

"Sülhməramlıların Qarabağda sayılı günləri qalıb" - Zatulin

"Sülhməramlıların Qarabağda sayılı günləri qalıb" - Zatulin


Rusiya Federasiyası sülhməramlı qoşunlarının artıq Qarabağda müdafiə edəcəyi kimsə yoxdur.

Bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.

"Bütün ermənilərin Qarabağı tərk etməsi o deməkdir ki, onlar artıq bizim sülhməramlı qoşunlarımızın onları qorumağa qadir olduğuna inanmırlar. Aydın məsələdir ki, hər halda bizim hərbi qruplaşmanın Qarabağda sayılı günləri qalıb, axı orada adam qalmasa, kimləri qoruyacaqlar? Xankəndi şəhərində bizim qoşun yol hərəkəti qaydalarına nəzarət edəcək?", - Zatulin bildirib.

Deputat əlavə edib ki, Gürcüstanda Azərbaycandan nümunə götürmək, Abxaziya və Cənubi Osetiyanı da eyni şəkildə geri almaq zərurətindən danışılır: "Təbii ki, belə olmayacaq, amma Saakaşvililərin orada və başqa yerlərdə yenidən başlarını qaldırması Azərbaycan nümunəsinin yoluxucu olduğunu bir daha deməyə əsas verir".

Oxunub: 114
Oxşar xəbərlər
SON XƏBƏRLƏR