dini radikalizm və ekstremizmlə mübarizə

Siyəzəndə TIR "Ford"la toqquşdu: ölü və yaralılar var

Siyəzəndə TIR "Ford"la toqquşdu: ölü və yaralılar var

Bakı-Quba-Rusiya ilə sərhəd avtomobil yolunun 105-ci km-də, magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində TIR və "Ford Transit" markalı yük avtomobilləri toqquşub.

Qəza nəticəsində Ağsu rayon sakini, 1990-cı il təvəllüdlü Cavid Əhdixan oğlu Elşənov hadisə yerindəcə ölüb, daha iki nəfər, sərnişinlər - 1990-cı il təvəllüdlü Məhəbbət Əlikişi oğlu Kərimov və 2006-cı il təvəllüdlü Hüseyn İsgəndərov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Report

Oxunub: 109
Oxşar xəbərlər
SON XƏBƏRLƏR