“SOS” MMC həmişə olduğu kimi yenə də uğurlu inkişaf yolundadır. Başlıca ugurlardan biri də budur ki, “Security Operation Services” Məhdut Məsuliyyətli Cəmiyyət müstəqil Azərbaycanın çiçəklənməsi üçün öz töhvəsin verən Ali Baş Komandanın siyasətinə dəstək olaraq yüzlərlə sosial layihələrə qoşularaq səmərəli fəaliyyət göstərir.
Djb.az xəbər verir ki,
“ Security Operation Services ” MMC –nin direktoru Anar Məmmədovla birlikdə şirkətin 10 nəfərdən ibarət əməkdaşlar “Azərbaycan Hava Yolları “ QSC Milli Aviasiya Akademiyası Pilotların Hazırlığı Mərkəzinin ( Aviasiya təhlükəsizliyinə dair əl yükünə və qeydiyyatdan keçmiş baqaja baxış sahəsində istifadə edilən xüsusi texniki vasitələrin operatorları ) ilkin hazırlığı kursu üzrə təhsil almış və tələb olunan imtahanlardan müvəffəqiyyətlə keçmişdirlər.
Tədris kursu 80 saat olmaqla 10 gün müddətində keçirilmişdir. Təhsili proqramını müvəffəqiyyətlə başa vuran “SOS” MMC-nin əməkdaşlarına 19.09.2023- ci il tarixində Milli Aviasiya Akademiyasının Pilotların Hazırlığı Mərkəzinin Nəzəri Hazırlıq Şöbəsinin rəisi / MAA-nın yanında İATA İnstitutunun icraçı direktoru Adil Əli oğlu Qasımov tərəfindən sertifikat təqdim olunmuşdur.
Şirkətin direktoru Anar Məmmədov keçirilən kurs zamanı əldə etdikləri biliklərin strateji mühüm əhəmiyyətli abyektlərin təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edilən avadanlıqların, təhlükəsizlik səviyyəsinin yüksəldilməsi çərçivəsində, müqavilələrdən irəli gələn hüquq və öhdəliklərin müvəffəqiyətlə yerinə yetirilməsinə kömək olur fikri ilə çıxışını sonlandırmışdır.
Oxunub: 729