dini radikalizm və ekstremizmlə mübarizə

ANALAR SÜLH İSTƏYİR



...Hələ orta məktəbdə oxuyarkən ədəbiyyatdan sərbəst,mücərrəd mövzularda fikir və düşüncələrimi dəftər vərəqlərinə köçürməyə yaman alışmışdım.Kitab cümlələrindən,bədii əsərlərin öz dilindən qaçar,fikirlərimi folklor dilində...dədə-baba danışıq tərzində yazmağı daha çox xoşlayırdım.
Nədənsə bu üslub xüsusiyyətləri mənə çox şirin və dadlı gəlirdi.
Elə Ədəbiyyat müəllimim də mənə həmişə deyirdi ki,sənin yazılarından bir cümlə də belə köçürülmə deyildir.
Necə danışırsansa,elə də qələmə alırsan.
Bu gün yenə həmin günlərimi xatırladım.
Ürəyimdən keçən "Analar sülh istəyir"-i yazmaq istədim.Uzun illər Anaları narahat edən,gözlərinə çimir gəlməyə qoymayan... müharibənin od-alovundan,anaları əbəs yerə gözüyaşlı qoyan bu müdhiş olaylardan yazıb...dolu ürəyimi boşaltmaq fikrinə düşdüm...
Öz-özümə deyirəm ki,gör...dünyada nə qədər dəyərlər var.
Bu dəyərlərin heç birinin içində "Müharibə"sözü yoxdur.Müharibə tələfat,dağını,fəlakət...ölüm-itim deməkdir.
Bu dəhşətlərdən isə ən çox əziyyət çəkən məhz Analardır.
Müharibə yalnız can alır,sülh isə yeni həyat doğurur.Müharibə dostu da,düşməni də yorar.Ancaq Sülhdən heç kim yorulmaz.Elə bəşəriyyıtin ən böyük qələbəsi də Sülhdən başlayar!
Sülh haqqında ən gözəl fikirlərimi yazmaq qərarına gələndə də ötən və itən illərimi xatırladım.Axı,ədalətsiz müharibə bizə nə verdi?
İtirdiklərimiz qazandıqlarımızdan qat-qat çox oldu.
Yuxusuz gecələr...qarışıq yuxular...Vətənsizlik dərdi...Pərən-pərən öz elindən obandan ayrı düşmək.Budur,müharibənin müdhiş nişanələri.Həyatın məhv edilməsi.Bəşəriyyəti gözəl edən,ona vurğunluğu artıran,heyranlığı ziynətləndirən elə Sülhdür...Sülh!
Müzəffər Ordumuzun sayəsində torpaqlarımız düşmənlərdən azad olundu.Yenə də qonşuluq münasibətində yaşamaq istəyirik.
Qalib olsaq da biz yenə də Sülh istəyirik!
Analar dinclik, əmin-amanlıq istər.Analar övlad böyüdər,təbiəti qorusun! Analar övlad yetişdirər,dünyanı zülmdən,zalımdan qorusun! Bəşəri duyğularla yaşayar,Analar.Ana elə Anadır!
Anaların ilk sözüdür...sakitlik,dinclik və mehribançılıq!
Anaların ilk sözüdür...səadət,xoşbəxtlik.Budur,Anaların sədaqəti,əhdi...düzlüyü və ədaləti!
Analar tonqal çatar,ocaq qalayıb...sac asar... yuxa,fəsəli bişirər...Bayramlar keçirər-Novruz şənliyindən,çərşənbələrdən doymaz.
Analar torpağın od tutub yanmasından,müharibə ocağından qorxar, səksənər,rahatlığı pozular...Analar Sülh istəyir.Elə bir Sülh ki,dünyanı bürüsün!Sülh nəğməsi oxunsun,Sülh nəğməsi çalınsın Yer üzündə.
Sülh-Anaların ürəyinin harmoniyasıdır!
Fikirlərimin son akkordlarını vuranda yadıma məktəb illərində oxuduğum məşhur Fransız yazıçısı Viktor Hüqonun çox mənalı və sadə aforizmi düşdü:
"Sülh-hər şeyi həzm etmədən əsl xoşbəxtlikdir"...Görəsən anaların arzusu,diləyi nədir?
Qoy bir də müharibə olmasın.Göy üzünü qara buludlar almasın.Qoy bir də güllə səsi,top səsi eşidilməsin.Havadan barıt qoxusu yox,gül-çiçək ətri gəlsin! Səma Günəşli,açıq və aydın olsun!
Qoy Analar bir də qara geyinməsin!
Nahaq yerə oğul itirib,göz yaşları tökməsin!
Qoy Analar övladlarını dinclik,əmin-amanlıq,firavanlıq şəraitində böyütsünlər...doyunca boylarını sevsinlər,doyunca qucaqlayıb...isti nəfəsini onlara versinlər!
Analar bu dünyadan daha heç nə...heç nə istəmir.
Analar ancaq və ancaq bu bəşəriyyətə-bu dünyaya Sülh istəyir.Sülh,Sülh,Sülh!!!

Səbirə Ələkbərova,
Kənd Təsərrüfatı Nazirliyi yanında AXA-nın Zəngilan rayon şöbəsinin əməkdaşı.

Oxunub: 224
Oxşar xəbərlər
SON XƏBƏRLƏR