dini radikalizm və ekstremizmlə mübarizə

“SOS” MMC-nin nəzdində mühafizəçi peşəsi üzrə kurs və ixtisas artırma mərkəzi yaradılıb - FOTOLAR


Peşəkar mühafizə xidməti “Security Operation Services" (SOS) MMC-də 01.09.2023-cü il tarixindən etibarən ödənişli əsaslarla Təlim Tədris kursuna müraciət edən şəxslərlə bağlı tədris proqramına start verilib.

Djb.az xəbər verir ki, tədris proqramı 80 saat olmaqla 15 gün müddətində keçiriləcək. Tədris proqramını müvəffəqiyyətlə başa vuran şəxlərə “SOS” MMC-nin Təlim Tədris Mərkəzinin mühafizəçi kursuna dair sertifikat veriləcək və həmin şəxslər ehtiyat kadr bazasında qeydiyyata alınacaqlar.

Eyni zamanda, kursu uğurla başa vuran vətəndaşlara müddətli əmək müqaviləsi əsasında işlə təmin olunacaqlarına dair zəmanət verilir.

Vakansiya ilə bağlı yaş həddi 20 yaşdan başlayaraq, hərbi mükəlləfiyyyətli, məhkumluğu olmayan Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.

Məlumat üçün qeyd edək ki, “SOS” MMC müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən peşəkar mühafizə xidmətidir. Uğurlu fəaliyyəti və sosial layihələrdə fəal iştirakı ilə seçilən “SOS” MMC 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinin və müharibə iştirakçılarının məşğulluğunun təminatına daim dəstək olur.

Ünvan: Səbail rayonu 20- ci dairə, Salyan şösesi 10, dalan 2
Əlaqə: 077-280-07-07















Oxunub: 1 374
Oxşar xəbərlər
SON XƏBƏRLƏR