dini radikalizm və ekstremizmlə mübarizə

"Qarabağ"ın Avropa Liqasındakı oyunlarının TƏQVİMİ

"Qarabağ"ın Avropa Liqasındakı oyunlarının TƏQVİMİ


"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda sentyabrın 21-də, I turda Norveç "Molde"sini qəbul edəcək.

Ölkə çempionu II turda, oktyabrın 5-də İsveçdə "Hakken"in qonağı olacaq.

"Köhlən atlar" oktyabrın 26-da və noyabrın 9-da, müvafiq olaraq III (səfər) və IV (ev) turlarda Almaniya nəhəngi "Bayer 04" ilə üz-üzə gələcək.

Noyabrın 30-da, V turda "Molde"nin qonağı olacaq ağdamlılar dekabrın 14-də, sonuncu turda Bakıda "Hakken"i sınağa çəkəcək.

Oxunub: 126
Oxşar xəbərlər
SON XƏBƏRLƏR