dini radikalizm və ekstremizmlə mübarizə

Biləsuvar məktəbində yüz faiz nəticə göstərərək şagirdlər ali məktəbə qəbul olublar



Djb.az xəbər verir. Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin 11a sinfinin məzunları yüz faiz nəticə göstərərək hər biri ali məktəbə qəbul olub.
Məktəbin direktoru Elşən Ağazadə öz sosial media hesabında sevincini bölüşərək yazır :
Tələbə adını qazanan bütün məzunları, onların üzərində zəhmət olan müəllimləri və valideynləri təbrik edirik. Respublikamızda təhsilli gənclərin olması gələcəyimizə ən səmərəli yatırımdır.

Xüsusən bu il müəyyən səbəblərdən uğur qazana bilməyən məzunlar qarşıya qoyulan məqsəddən uzaqlaşmasınlar, daha da səylə çalışsınlar. İnanıriq ki, düşündüklərindən daha yüksək uğur əldə edə biləcəklər.

PS. Biz djb.az kollektivi adından məktəbin müəllim heyyətin, sağırdləri və valideyinləri təbrik edirik.

Oxunub: 184
Oxşar xəbərlər
SON XƏBƏRLƏR