dini radikalizm və ekstremizmlə mübarizə

Şəhid Şahinin xanımı da tələbə adını qazandı

Şəhid Şahinin xanımı da tələbə adını qazandı


Xəbər verdiyimiz kimi, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan ixtisas seçimi müsabiqənin nəticələri açıqlanıb.

Tələbə adını qazananlar arasında Vətən Müharibəsi Qəhrəmanı, şəhid Şahin Allahyarovun xanımı Kəmalə Allahyarova da var.

Şəhid xanımı Azərbaycan Universitetində Mühasibat ixtisası üzrə qiyabi təhsil alacaq.

Qeyd edək ki, Şahin Allahyarovun Vətən Müharibəsi zamanı ailəsinə etdiyi vəsiyyət günlərlə sosial şəbəkə və medianın gündəminə çevrilmişdi. O, döyüş zamanı çəkdiyi videoda həyat yoldaşı Kəmalə xanımdan yeni doğulacaq körpələrinə öz adının – Şahinin verilməsini istəmişdi.

“Qafqazinfo”

Oxunub: 305
Oxşar xəbərlər
SON XƏBƏRLƏR