dini radikalizm və ekstremizmlə mübarizə

Şəhidlərin xatirəsi hər zaman yadedilir


Djb.az xəbər verir.“Vətən sağ olsun” layihəsinin təşəbbüsü ilə “Tuba”mərasim zalında Vətən yolunda canlarından keçmiş şəhidlərimizlə bağlı ehsan mərasimi təşkil olunub.

Mərasimdə layihənin rəhbəri, mərasim təşkilatçıları, müxtəlif bölgələrdən olan şəhid ailələri,vqazilər, hərbçilər, ziyalılar, din xadimləri və digər şəxslər iştirak edib.

Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət himni səsləndirilib.

Şəhidlərin ruhlarına dualar edilib, ”Quran” oxunub.

Şəhidlərə aid şeirlər, musiqilər səsləndirilib.

Həmçinin çıxışlar edilib, tarixi Qələbə və zəfərimizdən , şəhidlərimizin ,qazilərimizin Vətən naminə igidlikləri və qəhrəmanlıqlarından bəhs olunub onların unudulmadığı və heç zaman unudulmayacağı ifadə olunub.

Eyni zamanda təşkil olunan tədbirə görə layihənin rəhbəri Püstə Hüseynovaya və onun xeyrsevər könüllülərindən ibarət olan komandasına minnətdarlıq ifadə olunub.









Oxunub: 110
Oxşar xəbərlər
SON XƏBƏRLƏR