dini radikalizm və ekstremizmlə mübarizə

Ukrayna ərazilərində rusiyalı hərbçilərin gizləndiyi yerlər açıqlandı


Ukraynanın işğal olunmuş cənub ərazilərində rusiyalı hərbçilər Ukrayna müdafiə qüvvələrindən gizlənərək yerli əhali arasında özlərinə yer edirlər.

Bu barədə vahid xəbər telemarafonunun efirində “Cənub” Əməliyyat Komandanlığının birgə mətbuat mərkəzinin rəhbəri Natalya Qumenyuk məlumat verib.

“Sol sahildəki işğalçılar həm canlı qüvvələrini, həm də texnikalarını cəmləşdirirlər. Onlar anlayırlar ki, biz əks əməliyyatlar üzərində işləyirik və bu o deməkdir ki, heç bir nöqtədə onlara rahatlıq olmayacaq. Ona görə də öz mövqelərini yerli əhali arasında yerləşdirməyə çalışırlar. Bununla da Ukrayna Silahlı Qüvvələrinin işini çətinləşdirirlər”, - deyə Qumenyuk bildirib.

O vurğulayıb ki, Ukrayna Müdafiə Qüvvələri mülki hədəfləri nişan almır.
“Biz işğal altında olan ərazilərdəki vətəndaşlarımız qarşısında məsuliyyətimizi dərk edirik. Ona görə də belə mövqelərin aşkarlanması və dəqiqliklə məhv edilməsi diqqət tələb edən və çox əziyyətli işdir, lakin sonrası üçün inanılmaz dərəcədə effektivdir”, - deyə “Cənub” Əməliyyat Komandanlığının nümayəndəsi qeyd edib.

Mənbə: UNİAN

Oxunub: 107
Oxşar xəbərlər
SON XƏBƏRLƏR