dini radikalizm və ekstremizmlə mübarizə

Şəhidimin Atası


Bizə elə gəlir ki, insanın düyaya gəlişi-gedişi eyni olduğu kimi yaşayışı, taleyi, əqidəsi və bütün amilləri də eyni olur.
Bu heç də belə deyil.
Kimisi tox gəlib aç gedir, kimisi ac gəlib tox gedir.
Kimisi sağlam gəlib əlil gedir, kimisi sağlam canının qiymətini bilmədən Allahın ona bəxş etdiyi mükafatın dəyərləndirmədən gedir.
Kimisi Allahın verdiyi neymətlərə şükr edərək yaşayıb gedir, kimisi milyonları olsa da ası düşərək , israfçılıq etsədə, bir xeyriyyəçilik etmədən bu fani dünyanı tərk edirlər.
Və kimisi də vətənini, xalqını, dövlətini, müqəddəs Bayrağını üstün tutaraq canını belə qurban verməyə hazır olaraq qəhrəmanlıq yolu ilə gedir.
Haqqında söhbət açacağım qəhrəman da belələrindən biridir. Qarabağ döyüşlərində Azərbaycanın bütövlüyü uğrunda canını fəda edərək Şəhidlik zirvəsinə ucalmış, ölümündən sonra Azərbaycan Bayrağı ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə medalları ilə təltig edilən igid qəhrəmanımız az yaşı olmağına baxmayaraq göstərdiyi böyük şücayətə görə prezidentimiz tərəfindəm yüksək mükafatlarla təltif olunaraq ölümündən sonra ölümsüzləşərək əbədiləşmişdir.
Hər bir gəncə örnək olan bu kimi gənclər tək orta , ali məktəb keçməklə deyil, vətənimizin bu ağır müharibə dövrlərəndə sanki həyat dərsi alaraq müharibə sözünü təkcə tarix kitablarında yox, öz real həyatlarında görərək bir əsgər kimi formalaşmışdılar.
Haqqında söhbət açdığım Dövlətzadə Cəbrail Dövlət oğlu 44 günlük Qarabaq döyüşlərində iştirak edərək müharibənin odlu- alovlu yollarında canını vətən uğrunda qurban verərək sinəsini düşmən gülləsinə sipər etdi. Onun yumruq boyda ürəyində dünya boyda qisas hissi yaşayırdı.
Uşaqlıqdan qürurlu həyat yaşayan unudulmaz Şəhidimiz Cəbrail 19 yaşı olmağına baxmayaraq qəlbində 30 ilin xain düşmənlərinə qarşı nifrəti yaşayırdı.
Və onu qəlb evindən yandıran, heç vaxt barışa bilməyəcəyi bir qisası var idi. Azərbaycanın Milli Qəhrəmanı ,General Həşimov Polad İsrayıl oğlunun qisas idi.
Onun ölümü ilə barışa bilməyən Cəbrail yalın əllə erməni postuna hücüm edərək iki düşməni erməni generalını boğaraq öldürmüşdü.
19 yaşlı bu gəncdəki cəsarət, güç, mübarizlik vətəninə, xalqına, bayrağına və onun generalına olan məhəbbətdən irəli gəlirdi.
Əməlyata gedərkən döyüş dostlarına "Siz gəlməyin ailəlisiniz, övladlarınız var, mən ailəli deyiləm" deyərək irəli getdi.
Bəlkə o anda qisas hissi gözlərini tutmuşdu deyə, arxa cəbhədə onu ailəsi , doğmaları, əzizləri gözləməyini unutmuşdu?
Şəhidimiz Dövlətzadə Cəbrail Dövlət oğlunun atası Dövlət müəllim "Security Operation Services"MMC - min 14 saylı komandasında növbə rəisi vəzifəsində çalışır.
Bizimlə bir kollektivdə sanki bir əsgər kimi xidməti vəzifəsini layiqincə yerinə yetirən rəisimizin iş fəaliyyəti biz mühafizəçilərə bir örnəkdir. Kollektivin hörmət və məhəbbətini qazanan, xeyirxah niyyətli, daim Şəhid övladının və bütün Şəhidlərimizin ruhuna hörmətlə yanaşan, öz dəyərini nüfuzunu qoruyaraq daim nümunəvi olan haqq yolunun yolçusudur.
Dövlət müəllim , övladının həyat yolundan qürurla danışırdı. Mən isə növbə rəisimlə müsahibəm zamanı dinlədiyim sözlərin hər biri bir güllə olaraq ürəyimə dəyərində qəlbimi parçaladı.
Şəhid atasının dediklərindən:" -Gülşad xanım, mən həmişə söhbət əsnasında "ürəyim yandı sözünü" eşidəndə o ürəyin necə yandığın hiss etmirdim. Amma Cəbrayılımın ölüm xəbərini eşidəndə həqiqətəndə ürəyimin sanki od tutub yandığını hiss etdim.
Mən bu hissləri dilə gətirəcək qədər izah edə bilmirəm, sən demə ürək belə yanırmış " -dedi.
Bu sözləri eşitmək mənimçün necə ağır, çətin olduğunu hiss etməmək mümkün deyil. Söhbət əsnasında Şəhidimin atası Cəbrayılın uşaqlıqdan ağır kişi xasiyyətli olmasından danışdı. Eyni zamanda Şəhidim sanki "Məndən nigaran qalmayın, mən cənnətdəyəm "deyirmiş kimi bütün şəkillərində gülümsəməyi insana bir təsəllidir.
Hər dəfə rəisimin nəzarət saatlarında jurnalı yazmağa gələrkən müqəddəs Bayrağımızla yan-yana masanın üstündə Şəhidimiz(oğlu) Cəbrayılla qarşı-qarşı olan şəklinə baxaraq sanki oğluna hesabat verirmiş kimi qarşılaşması qürur hissi yaşatsada ürək parçalayan bir mənzərədir.
Bu dərdə dözmək necə ağırdır.
...
Bu gün görüşünə gəlmişdi atan,
Baxışlar dəyişdi anidən bir an,
Səni görməyinə qalmayıb güman,
Şəklinə baxanda yandı ürəyim,
Cəbrayıl adında olan Şəhidim.
...
İlahi ruhundan pay verdi Allah,
Tarixə yazıldı qəhrəmanlığı.
Cəbrayıl balanı alsa da torpaq,
Şəhid zirvəsinə ucaldı adı.
...
Doğmalar qəlbində yanar dağ oldu,
Hər insan Şəhidi bir zirvə sayır.
Vətənçün sönməyən bir mayaq oldu.
Qəlblərdə yurd etdi igid Cəbrayıl!

Əvvəllər atanın adı ilə tanınırdın, indi sənin adınla tək atan , ailən yox bütün xalq tanınır, xalqımın milli qəhrəmanı Şəhid Cəbrayılım!
Biz səninlə fəxr edirik !
Allah rəhmət etsin!

Djb.az xüsusi müxbir Gülşad Nurani


Oxunub: 240
Oxşar xəbərlər
SON XƏBƏRLƏR