44 günlük Vətən müharibəsində Azərbaycan işğalçı və terrorçuları döyüş meydanında layiqincə cəzalandırdı. Ordumuz tərəfindən məhv edilən terrorçular sırasında Xocalı soyqırımının icraçıları da var idi. Hələ o zaman qətiyyətlə ifadə etdik ki, əli Azərbaycan xalqının qanına batmış digər qatillər və canilər də qanun qarşısında cavab verəcəklər və layiqli cəzalarını alacaqlar.
Bəli, qisas qiyamətə qalmadı. Bu gün daha bir caninin cəzalandırılması yönündə tədbir görüldü. Söhbət Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə soyqırımı həyata keçirən qatil Xaçaturyan Vaqif Çerkezoviçin Laçında ələ keçirilməsindən gedir.
Azərbaycan qalib və qüdrətli dövlətdir!
Xalqımıza qarşı cinayət əməlinə yol vermiş bütün canilər ədalət mühakiməsinə cəlb ediləcəklər. Buna heç kimin şübhəsi olmasın!
Oxunub: 246