Djb.az xəbər verir. Şəhid General mayor Polad Həşimovun bacısı Kəmalə xanım Həşimova bir çox şou yaradan media nümayəndələrinə etirazını bildirərək sosial media hesabında yazır;
-Əvvəlcə, iyul ayının 15-də Şəhidlərimizin anım mərasimində iştirak edən, yanımızda olan hər kəsə sonsuz təşəkkür edirik.
Paylaşdığım mesajı bir vətənpərvər vətəndaşımız mənə göndərmişdi. İşlərimizin çoxluğu səbəbiylə açıqlama verə bilməmişdim. Amma artıq bu kimi mesajlara cavab verməyin vaxtı gəlib. Mesajın cavabı:"doğru deyil."
Belə ucuz, rəzil xəbərlərlə gündəm olmağa çalışanlara deyirəm. İzləyici sayınız çox olsun deyə hörmətli insanları xəbər etmək yerinə imkan verin belə işlərlə peşəkar jurnalistlər məşqul olsun. Daha doğrusu hərə öz işiylə məşqul olsun. Bu yalan xəbərlərin cavabını dəyərli jurnalist konkret.az saytının əməkdaşı Sevinc Paşayeva tam təfsilatı ilə verib. Əgər bilmək istəsəniz açıb oxuyun. Bu burası. Digər məsələ, Səmayə ana səhvdə desə düz deyir, düzdə desə düz deyir. Onun atdığı dırnaq olmayanların həddi deyil ona nəyisə irad tutsun. Hər hansı əraziyə və ya sahəyə təyin olunmuş dövlət məmurunun işi otağında kondisioner altında, yumşaq kresloda oturub mal- mülk talamaq deyil. Zəhmət çəkib xalqın içinə çıxsınlar problemlərini ,dərdini, səsini dinləsinlər heç olmasa. Trol dəstəsi, onun bunun önünə qoyduğu yağlı yağsız sümük yeyib hürənlər hər şəkildə cavabını alar. Açıb profilinə baxırsan, şəxsiyyətsiz, gərəksiz, heyvan qədər cəmiyyətə faydası olmayanlar, kimlərinsə onlara alıb verdiyi telefonda sabahdan axşamadək trolluq edib boş boş klaviatura qəhrəmanlığı etməklə məşğuldur. Səmayə ana dünyaya Polad Paşa kimi oğul bəxş edib həmdə çox əziyyətlə zülmlə böyüdüb. Onun atamla bərabər bizi böyüdərkən çəkdiyi əziyyətlərin bir faizini edə bilməyəcək axmaqlar, "Əziyyətimi haqqımı itirənlərə haram olsun". Bu da anamın sözləri. İtlər qaya kölgəsində yatar, amma öz kölgəsi zənn edər. Bir söz öyrəniblər, ağzını açıb həqiqəti kim söyləsə guya kimlər tərəfindənsə "istifadə olunmuş" olur. Bu ifadəni istifadə edənlərə sözüm:" İstifadə olunmuş sizin ana zənn etdiklərinizdir ki, ortaya sizin kimi yarım məhsullar çıxıb"
Digər məsələ, Qızıldaş qəsəbəsində baş verən hadisədə tərəflərin arasındakı məsələni həll etmək üçün hüquq mühafizə orqanları var. Azərbaycan hüquq dövlətidir. Qanun nə deyirsə odur. Təfərrüatları bilmək istəyənlər konkret.az saytında bu gün çıxan məqaləni oxusun.
PS. Bu gün gündəmdə qalmaq üçün insanların acılarından istifadə edən, jurnalist adına xələl gətirən həmkarlarla bir camiyədə olduğumdan xəcalət çəkirəm. İlk növbədə jurnalist xəbərin mənbəsinin doğruluğunu yoxlamadan yayması qeyri peşəkarlıqdır. Məhz belə yalan xəbər yayan sayt və portalların yaratdığı güvənsizlik insanların xəbərlərə inamını itirib.
Halbuki jurnalist qələmindən süzülən hər bir cümlə üçün məsuliyyət daşımalıdır.
El arasında deyilən bir misal var " Söz var dağa qaldırar, söz var dağdan endirər.
Səhf deyilən bir cümlə,fikir sizin üçün önəm kəsb etməyə bilər. Amma yazdığınız xəbərlər insanların talehlərində hansı izləri buraxdığını bilmirsiniz?
Reytinq xatirinə yatdığınız xəbərlərinizlə nə qədər silədagitdiniz, nə qədər insanların doğmalarına acı yaşadığınızın fərqində deyilsiniz. Amma mən əminəm ki, yaşatdığınızı yaşayacaqsınız!
Almaz İLAHƏ
Oxunub: 333