dini radikalizm və ekstremizmlə mübarizə

Sadəliyi həmişə öndə oldu...


İnsan var ki,həyatda müsbət mənada xüsusi xasiyyətləri ilə seçilir və yaddaşlara əbədi olaraq hopur.Belə şəxsiyyətlərdən biri Yardımlı rayon Təhsil sektorunun məsləhətçisi,şair Pənah Dumanoğludur.Dəyərıi ziyalımızın,yazarımızın bu gün ad günü doğum günü,ən əsası şad günüdür.Pənah müəllimlə tanışlığımız keçmiş illərə gedib çıxır,ən əsası ata baba tanışlığımız,olub.Və sonralar da bacardığımız qədər həm özüm,həm də müəllim bu tanışlığı qırılmaz dostluğa çevirmişik.Və inanıram ki,həmişəlik olacaq.Pənah müəllimi dostlara,Yardımlı camaatına sevdirən xüsusiyyətlərdən ən əsası sadəliyidir.Məktəb direktoru işlədiyində də,müəyyən vaxt Təhsil sektoruna rəhbərlik etdiyində də,hal hazırda aparıcı şəxs kimi işlədiyində də o təmizliyini,sadəliyini ,dütüstlüyünü,qoruyub saxlamağı bacaran ziyalıdır.Həyata qədəm qoyduğundan bu şəxsin kitabında lovğalıq,təkəbbürlük olmayıb.Nadir isanlar var ki,ətraflndakılara müsbət eneryi ötürməyi bacarır,onlardan da biri Pənah müəllimdir.Hər bir şəxs təsdiqləyə bilər ki,onunla məclislərdə olanda sözündən,söhbətindən doymaq olmur.Heç vaxtı üzündəki gülüş,təbəssüm əskik deyil.Süni gülüş yox,ürəkdən gələn dost gülüşü onunla qoşa addımlayır...Vallahi Yardımlı camiyəsi arasında müəllim haqqında sorğu keçirsək peşəsindən,ixtisasından asılı olmayaraq bütün zümrədən olan insanlar müsbət fikirləri bildirəcək.Həm yazarlar arasında,həm təhsil işçiləri arasında,həm sadə insanlar arasında bu qədər ehtiramı,hörməti qazanmaq asan iş deyil,amma Pənah müəllim müdrikliyi ilə,dərin zəkası ilə,təşkilatçılığı ilə bütün bunların öhdəsindən gələrək uca zirvələrə qalxdı,sevdi,sevildi...Ən böyük mükafatı küçələrdə addımlayanda camaat tərəfindən şair salam,müəllim salam sədalarıdır
..İstər pedaqoq kimi,istər şair kimi fanatlarının qəlbində xssusi yer tutub.Pənah müəllim haqqında nə qədər yazsan söz tapılar,çünki əməlləri göz qabağındadır.Rayonda,kəndlərdə necə hörmət qazanıbsa yaşadığı doğma Vərgədüz kəndində də atası kəndin ağsaqqalı Duman əmidən sonra gənc olmasına baxmayaraq ağsaqqallığ misiyasını öz üzərjnə götürüb.Həm şəcərəsinin,həmdə kəndin...Numunəvi ailə başçısıdır.Şükürlər olsun ki,cəmiyyət üçün lazımlı,istedadlı övladlar yetişdirib.Həm öz övladlarının,həmdə başqalarını təhsil alması ilə öyünür və qəlbən sevinir.Çünki müəllimin köksündə yatan qəlb safdır,təmizdir...Özümə gəldikdə xeyrimiz,şərimiz bir olub,dostluq əlaqələrimiz möhkəm təməl üzərində qurulub və belə də davam edəcək.
Əziz dost,şair,dəyərıi ziyalı neçə illər xalq arasında gəzən bir ziyalı kimi sizə bildirirəm-Həyatda boşuna yaşamamısınız,bütün insanların qəlbində xüsusi yer tutmusunuz,qazandığınız nailiyyətlərə görə ehtiramla,hörmətlə adın çəkilir....Yenə də deyirəm sadəliyin,dürüstlüyün ön plandadır...Və bu sadəliy sizi çox-çox sevdirib...Mən inanıram ki,həmişə belə olacaq.

Ad gününü səmimi qəlbdən təbrik edirəm.Allah bütün arzu və niyyətlərini gerçək etsin.

Əsədulla Sadıqov
müəllim,Yardımlı Xeyriyyə Cəmiyyətinin direktoru

Oxunub: 184
Oxşar xəbərlər
SON XƏBƏRLƏR