dini radikalizm və ekstremizmlə mübarizə

Hakan Fidan Blinkenlə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdi


Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan və ABŞ-nin dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

Blinken XİN rəhbərini yeni vəzifəsi münasibətilə təbrik edib.

Telefon danışığı zamanı İsveçin NATO-ya üzvlüyü, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında normallaşma prosesləri, F-16-ların alınması və modernləşdirilməsi, həmçinin Ukrayna taxıl sazişi də müzakirə edilib.

Tərəflər hər iki ölkə arasında ümumi gündəlik məsələləri müzakirə etmək üçün mümkün qədər tez bir zamanda yenidən görüşməyə hazır olduqlarını vurğulayıblar

Oxunub: 254
Oxşar xəbərlər
SON XƏBƏRLƏR