dini radikalizm və ekstremizmlə mübarizə

Bu gün şağirdlərinin sevimli müəlliməsi Aydan Rzayevanın Ad Günüdür



Djb.az xəbər verir. Bu gün Lənkəran Şəhər V. Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb liseyinin ibtidai sinif müəllimi, Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən Aydan Rzayevanın Ad Günüdür.

Rzayeva Aydan İntiqam qızı 7iyun 1986 ci ildə Lənkəran şəhərində ziyalı ailəsində (ata həkim,ana müəllim )anadan olub.
1992-ci ildə Lənkəran şəhər Həzi Aslanov adına 3 nömrəli orta məktəbin 1ci sinfinə gedib.Həmin məktəbin 11 ci sinfini bitirdikdən sonra 2003 cü ildə Azərbaycan Müəllimlər İnstitutunun İbtidai təhsilin metodikası və pedaqogikası fakültəsinə daxil olub.
2008 ci ildə İnstitutu bitirdikdən sonra Lənkəran şəhər Vaqif Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb liseydə İbtidai sinif müəllimi kimi öz peşə fəaliyyətinə başlayıb.
2013 cü ildə eyni zamanda Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı məktəb-liseyində İbtidai sinif müəllimi kimi fəaliyyət göstərib.
Dəfələrlə Promethean interaktiv lövhələrindən istifadə kursu,İnvincible təam tərəfindən Ailə və ailə dəyərləri adlı vebinarda,EMG platformasının təşkil etdiyi Disleksiya adlı vebinarda iştirak etmişdir.2020- ci ildə Tim uşaq inkişaf mərkəzinin təşkil etdiyi Disleksiya mütəxəssisi Təranə Möhsünovadan Nağıl terapiyası, Metropoliten test təlimi,Peabody kəlimə tanıma təlimi,oyun terapiyası təlimləri almış sertifikatla təltif olunmuşdur.2020 ci ildə Türkiyə Disleksi Meclisi Yönetim kurulu başkanı Atif Tokar və Doktor öyrətim üyesi Tamer Aydəmir hocadan 16 saat Disleksi Öyretmen Eyitimi kursu almış Disleksiya Eyitici Eyitimi Katılım belgesinə layiq görülmüşdür.Keçirdiyi açıq dərslər,qatıldığı təlim və lahiyələr dəfələrlə sosial şəbəkələrdə uğurla qarşılanmışdır.15 illik pedaqoji fəaliyyəti dövründə bir neçə şagirdi yüksək balla ali məktəblərə daxil olmuşdur.Bir neçə şagirdi boks,rəsm və cüdo üzrə rayonda keçirilən müsabiqələrdə uğur qazanmışdır.
2016-cı il 5 oktyabr Müəllimlər günü münasibətilə Lənkəran şəhər icra hakimiyyətinin başçısı Cənab Taleh Qaraşov tərəfindən təhsildə göstərdiyi səmərəli fəaliyyətinə görə fəxri fərman və qiymətli hədiyyə ilə təltif olunmuşdur.
Ödənişli və ödənişsiz, rayon və şəhər fərq etmir keçirilən bütün təlimlərdə könüllü iştirak etmiş fəal və gənc müəllimlərdən biridir.Öyrənməkdən və öyrətməkdən usanmayan, şagirdlərinin sevimlisi Aydan xanım rayonda sayılıb seçilən müəllimlərdəndir.
FHN nin Yanğınsöndürmə idarəsinin birgə təşkilatçılığı ilə hazırlıq sinfi ilə keçdiyi açıq dərs,sosial şəbəkələrdə rəğbətlə qarşılanmışdır.
2022-ci il sentyabrında şagird sayı 500 dən yuxarı olan direktorların işə qəbul imtahanında yüksək bal toplayaraq rayon üzrə 6 cı yerə layiq görülüb.İmtahanın ikinci mərhələsi olan Esse müsabiqəsində də uğur qazanan Aydan müəllimə şagirdlərinin 1 ci sinif olduğunu ,gedişinin onlar üçün çox böyük sarsıntı olduğunu düşünərək öz istəyi ilə ehtiyyata saxlanılıb.
2023 cü ildə Təhsildə inkişaf və innovasiyalar üzrə Vll qrant müsabiqəsində Autizmə pedaqoji yanaşma layihəsi ilə çıxış edib.
Hal hazırda hər yerdə rəğbətlə qarşılanan könüllülük prinsipi əsasında yaradılmış Dəmirağac icma qrupunun üzvüdür.

Ali təhsillidir.Ailəlidir.İki övladı var.

Allahverən Pərvizoğlu


Oxunub: 356
Oxşar xəbərlər
SON XƏBƏRLƏR