dini radikalizm və ekstremizmlə mübarizə

İraqda məhbus həyatı sürmüş 3 qadın Azərbaycana gətirildi



Azərbaycan hökuməti tərəfindən aparılmış müvafiq əlaqələndirmə işi, habelə ölkəmizin aidiyyəti dövlət qurumlarının mərhələli və koordinasiyalı tədbirləri nəticəsində, İraqda məhbus həyatı sürmüş və hazırda cəza müddəti bitmiş 3 nəfər qadın Azərbaycan vətəndaşı ölkəmizə gətirilib.

Bu barədə XİN-dən bildirilib.

Növbəti mərhələdə daha 2 nəfər cəza müddəti bitmiş Azərbaycan vətəndaşının ölkəmizə gətirilməsi nəzərdə tutulur.

Hazırda, İraqda həbsdə saxlanılan Azərbaycanın qadın vətəndaşlarının mərhələli şəkildə ölkəmizə gətirilməsi istiqamətində müvafiq işlər davam etdirilməkdədir. Bununla əlaqədar olaraq, İraqın aidiyyəti dövlət qurumlarına müvafiq müraciətlər ünvanlanıb.

Qeyd edək ki, Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində indiyə qədər sözügedən qadın vətəndaşlarımızın 288 nəfər övladı Azərbaycana artıq geri gətirilib.

Oxunub: 105
Oxşar xəbərlər
SON XƏBƏRLƏR