dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir Turizm Kollecində Məzun günü keçirilib


Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov tədbir iştirakçılarını salamlayıb, məzun günü münasibətilə ən xoş arzularını çatdırıb.

K.Əhmədov tədbir iştirakçılarını Ulu öndər Heydər Əliyevin xatirəsini və bugünə qədər Qarabağ uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib. O öz çıxışında vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan əsgərinin sayəsində bugün Qarabağ inkişaf edir, çiçəklənir. Mingəçevir Turizm Kolleci isə öz missiyasına uyğun olaraq turizm sahəsində kadr hazırlığını peşəkar səviyyədə həyata keçirərək bu inkişafa öz töhvəsini verir.

Tədbirdə tələbələrin hazırladıqları şeirlər, mahnılar, rəqslər nümayiş etdirilib.

Sonra tədbirdə Kollecin direktoru K.Əhmədovun təşəbbüsü ilə təsis olunmuş mükafatların təqdimat mərasimi keçirilib. 2022-2023 cü tədris ilində təhsildə göstərdiyi yüksək nəticəyə görə müəllimlərimiz, kollecin sosial-ictimai və inzibati işlərində aktiv fəaliyyətinə görə inzibati heyət üzvləri, kollecin ictimai həyatında fəal iştirakına görə tələbələrimiz fəxri fərmanla təltif olunublar. Sonda tələbələrin təşəbbüsü ilə dəvət olunan dj tədbiri daha da şənləndirib.

Elnarə Samədova



Oxunub: 103
Oxşar xəbərlər
SON XƏBƏRLƏR