dini radikalizm və ekstremizmlə mübarizə

Tovuz sakini minaya düşdü

Tovuz sakini minaya düşdü


Bu gün saat 08 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışı baş verib.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar. Onun sol ayağından xəsarət aldığı bildirilir.

Hazırda xəstəxanada müalicəsi davam etdirilir.

Oxunub: 135
Oxşar xəbərlər
SON XƏBƏRLƏR