dini radikalizm və ekstremizmlə mübarizə

Biləsuvar sakini qohumunu güllələyərək öldürüb



Mayın 24-də saat 10 radələrində Biləsuvar rayonu Çinarlı kəndi ərazisində 1972-ci il təvəllüdlü Əsgər Musa oğlu Abdullayevin ov tüfəngindən açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-cü il təvəllüdlü Cavid İdrıs oğlu Həmidov saxlanılıb. Hadisə barədə polisi özü məlumatlandırıb. Onlar qohumdurlar, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Ə.Abdullayev xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Oxunub: 148
Oxşar xəbərlər
SON XƏBƏRLƏR