dini radikalizm və ekstremizmlə mübarizə

Əzizə Ağahüseyn qızının poeziya inciləri


ATA

Məğrur görkəmini görə bilmirəm,
Xəstəlik cismini yatağa salıb..
Niyə səni deyib, gülən görmürəm,
Niyə nurlu üzün belə sozalib?

Dan üzü qalxmayıb o daş yataqdan,
Anamı gözlərsən əlindən tuta.
Bir gündə nə qədər yer dolaşardın,
İndi bir addıma həsrətsən ata...

Gözlərin önündən keçər ötənlər,
Əlçatmaz xəyallar səni bayıldar.
Qapı cırıltısı, pəncərə səsi,
Ömür yuxusundan səni ayıldar...

Baxıb qolundakı saatda vaxta,
Divarda xalçanın gülün sayanım.
Qonşu otaqdakı pianinonun,
Əlində darağın dilin sayanım...!

Həyat niyə belə amansız olur,
Bir güllü baharı döndərir qışa.
Sən elə bir ömür sürmüsən ata,
Hər zaman layiqdir böyük alqışa.

Canından, qanından keçib min kərə,
Bizim uğrumuzda atıldın oda.
Sən gecə çalışdın, gündüz çalışdın,
Bir kərə əluni açmadın yada.

Boyun bərabərii qaldırıb göyə,
Məni gəzdirərdin yolların üstə.
Bəs sənin borcunu necə qaytarım?
Gəl...səni qaldırım qollarım üstə...

Üfüqdən boylanan nurlu günəş tək,
Neçə övladına həyat vermisən.
Sən necə varlıqsan bilə bilmirəm...!!!
Bəlkə coşğun dəniz, bəlkə yermisən?

Səni yoxlamağa o dünyadan da,
Uçub evimizə qonaq gələrəm.
Mələk qanadında enərəm yerə,
Sənə ilahidən salam verərəm...

Mənim anam

Bu ellərin sonasısan,
Könüllərə qonasısan,
Hamımızın anasısan,
Mənim anam, mənim anam.

Təbəssümun gül qönçəsi,
Səsin durnaların səsi,
Laylan bulaq zumzüməsi,
Mənim anam, mənim anam..

Bayatı de həzin - həzin,
Cana gəlsin zilin, pəsin,
Kövrəlim, ruhumda gəzin,
Mənim anam, mənim anam.

Səngiməsin odun, közün,
Gülsün o gül üzlü üzün,
Çiçək açsın çölün, düzün,
Mənim anam, mənim anam.

Olacaqlar sənə agah,
Sən bir mələk, huri vallah,
Yerdə sənsən, göydə Allah,
Mənim anam, mənim anam..

Könlümü...

Ruhum qələminə elçi göndərib,
Bir şeir havası düşüb könlümə.
İlhamın boy verir zəmilər kimi,
Tanrının payıdır işıq könlümə..

Bu pay varlığımı əsir eyləyib,
Yandırıb, kul edib, qora bələyib,
Göylərdən təbimi qar tək ələyib,
Ağladır dəmadəm uşaq könlümü...

Duyğular canımın şəksiz fatehi,
Göz yaşım təzə - tər misramın şehi,
Nəfəsim bəndimin sığalı, mehi,
Tərpədir, titrədir aşıq könlümü...

B Ü L B Ü L

Səhərin oğlan çağıdır,
Nə susmusan, oxu, bülbül!
Bu yazağzı düymələnən,
Arzuları toxu, bülbül!

Danın ilkin vədəsidir,
Qaranlığın hədəsidir,
Aydınlığın sədasıdır,
Qaçıb gözdən yuxu, bülbül!

Al güllərin uyğusunu,
Sığalla, çək qayğısını.
Ürəyimin duyğusunu,
Anlamaz ki, çoxu bülbül!

Dərd söyləsəm naşı yanmaz,
Saza, simə toxuyammaz,
Heç kəs belə oxuyammaz,
Sənin kimi yaxı, bülbül!

Səsin çatsın hər anıma,
Həsrətinlə taranıma.
Nəfəsin hopub canıma,
Varlığımı qoxu, bulbül!

Başı bəlalı könlünə,
Bəxti qaralı konlünə,
Əzəl yaralı konlünə,
Kimin dəyib oxu, bülbül?

Oxunub: 453
Oxşar xəbərlər
SON XƏBƏRLƏR