dini radikalizm və ekstremizmlə mübarizə

Naxçıvan Ali Məclisinin deputatlarının maaşı artırıldı


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının maaşları artırılıb.

Bu, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasının gündəliyində duran "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda dəyişiklik edilməsi məsələsində öz həllini tapıb.

Əvvəllər deputatlara 25 faiz vergisiz cari xərclər ödənilirdisə, artıq o xərclər ləğv olunub və vergilər də daxil olmaqla, deputatların əmək haqqı 950 manat müəyyən edilib. Buna qədər deputatların maaşı 750 manat olub.

Oxunub: 147
Oxşar xəbərlər
SON XƏBƏRLƏR