dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda ağır qəza - Maşında yanaraq ölən şəxsin kimliyi bilindi

Bakıda ağır qəza - Maşında yanaraq ölən şəxsin kimliyi bilindi

Djb az xəbər verir. Bakıda ağır qəza Bakının Xəzər rayonunda 2 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verilb.

Hadisə ötən gecə saat 01 radələrində Binə qəsəbəsindən keçən yoldakı körpünün altında baş verib. “Nissan” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində “Opel” aşaraq alovlanıb. Nəticədə avtomobildə olan iki nəfərin biri Hacı Şahin adlı şəxs maşının toqquşması nəticəsində yol kənarına düşərək , digər şəxs Hacı Məhəmmədbağır isə maşında yanaraq ölüb.

Əraziyə gələn FHN-in DYMX-nin yanğınsöndürmə briqadaları maşını söndürdükdən sonra yanaraq ölən şəxslərin meyiti aidiyyəti üzrə təhvil verib.

“Nissan” markalı maşının sürücüsü Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Oxunub: 632
Oxşar xəbərlər
SON XƏBƏRLƏR