dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan iqtisadiyyatının daha da yüksəlməsinə mühüm təsir göstərən Heydər Əliyev strategiyası


Azərbaycanda digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də keçirilən islahatlar yalnız ölkəmizdə deyil, həm də dünyada mövqeyinin möhkəmlənməsinə etibarlı zəmin yaratmışdır. Ulu öndər Heydə Əliyev tərəfindən yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən dövlət proqramları və makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksəlməsinə mühüm təsir göstərdi.
Danılmaz faktdır ki, respublikamızın yüksək artım templəri əldə etməsinin və indiki inkişaf səviyyəsinə çatmasının başlıca səbəbi emummilli lider Heydər Əliyevin yaratmış olduğu mükəmməl inkişaf doktrinasının təməlləri üzərində inkişaf etdirilən və yeni iqtisadi qanunauyğunluqlar üzərində qurulan fundamental konsepsiyanın həyata keçirilməsi ilə bağlıdır.
Ümummilli liderin respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycanın müstəqil iqtisadiyyatının təşəkkülü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən işlər Azərbaycanın iqtisadi inkişafına xeyli təkan vermişdir.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Oxunub: 145
Oxşar xəbərlər
SON XƏBƏRLƏR