dini radikalizm və ekstremizmlə mübarizə

Senatorlardan Baydenə çağırış - Çinə sanksiya tətbiq et!

Senatorlardan Baydenə çağırış - Çinə sanksiya tətbiq et!

Bir qrup respublikaçı senator ABŞ prezidenti Co Bayden administrasiyasını milli təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək “Huawei Cloud” və digər Çin bulud xidməti şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Çinin bulud hesablama şirkətləri getdikcə daha çox xarici təşkilatlarla - bəzi hallarda sanksiyalar altında olan xarici təşkilatlarla əlaqə saxlayır. Onlar birbaşa ABŞ və müttəfiqlərinin milli təhlükəsizlik və iqtisadi təhlükəsizlik maraqlarına meydan oxuyur", - məlumatda deyilir.

Qeyd edək ki, 2019-cu ilin may ayında ABŞ Ticarət Departamenti ABŞ-ın təhlükəsizlik narahatlığına görə "Huawei" şirkətini "qara siyahı"ya salıb.

Oxunub: 134
Oxşar xəbərlər
SON XƏBƏRLƏR