dini radikalizm və ekstremizmlə mübarizə

Dövlət informasiya ehtiyatlarında nöqsanlar AŞKARLANDI

Dövlət informasiya ehtiyatlarında nöqsanlar AŞKARLANDI


Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsiziliyi Dövlət Xidməti (XRİTDX) dövlət informasiya ehtiyatlarında aparılan audit yoxlamaları və monitorinq nəticəsində aşkarlanmış təhlükəsizlik boşluqları və nöqsanlarına dair 146 audit məruzəsi hazırlayaraq, həmin boşluq və nöqsanların aradan qaldırılması üçün tövsiyələrlə birlikdə müvafiq qurumlara təqdim edib.

Bu barədə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildiriblər.

Qeyd edək ki, 2022-ci il ərzində dövlət informasiya ehtiyatlarinda aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində aşkarlanmış təhlükəsizlik boşluqları nəticəsində 553 məruzə hazırlanıb və müvafiq qurumlara xəbərdarlıq edilib. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin CERT Mərkəzi tərəfindən 2014-cü ildə istifadəyə verilmiş “Elektron sorğu sistemi” vasitəsilə dövlət qurumlarından birinci rüb ərzində 1830 sorğu qəbul edilərək zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Oxunub: 127
Oxşar xəbərlər
SON XƏBƏRLƏR