dini radikalizm və ekstremizmlə mübarizə

Xalq artistinin qardaşı da xəstəxanaya yerləşdirilib


Xalq artisti Aftandil İsrafilovun musiqiçi qardaşı Ənüşirəvan İsrafilov da xəstəxanaya yerləşdirilib.

Bu barədə müğənni Fədayə Laçın sosial şəbəkədə məlumat paylaşıb.

"Gənc yaşlarımdan mənə həmişə dəstək olan gözəl insan Aftandil İsrafilov. Allah Sizə şəfa versin. Bir möcüzə olsun. Siz də, qardaşınız Ənüşirəvan İsrafilov da tezliklə sağalın, evinizə, ailənizə dönün. Sizi sevirik, dualarımızdasınız" deyə, F.Laçın yazıb.

Qeyd edək ki, martın sonunda yenidən səhhəti pisləşən Aftandil İsrafilov xəstəxanaya yerləşdirilib.

Oxunub: 184
Oxşar xəbərlər
SON XƏBƏRLƏR