dini radikalizm və ekstremizmlə mübarizə

Şəkil


Universitet illərində hər smestr imtahanlarından sonra tətil günlərində paytaxtdan doğulduğum kəndə yollanırdım. Həm valideynlərimə baş çəkir, həm də zehni yorğunluqdan azad olmaq üçün bir az dincəlirdim. Necə deyərlər "həm ziyarət, həm ticarət".

Hər dəfə evin qapısın açıb içəri daxil olanda məni ilk qaşılayan atam- anam olurdu. Boynuma sarılırdılar. Evdəkilərlə hal- əhval tutub, sonra yemək stolunda əyləşirdim. Gəlişimlə bağlı süfrə nazı- nemətlərlə bəzədilirdi. Anam nehrə yağı, doşab, pendiri qarşıma düzüb" sən tələbəsən, belə təamlardan yəqin gec- gec dadırsan, doyunca ye, özüm hazırlamışam deyirdi. Atam həyətdən qulluq etdiyi ağaclardan meyvələr dərib ovcunda mənə gətirirdi. Deyirdi calaq etdiyim ağacların meyvələridir. İlk nübardır. Sən də dadına bax. Atalı- analı dünyamı həyatımın "qızıl dövrü" adlandırıram. Onların mənə olan övlad sevgisnin gücünü, indi mən öz övladıma olan münasibətdə görürəm. Problemlər, sıxıntıların nə olduğunu heç vaxt hiss etməmişdim. Çətin vəziyyətlə üzləşəndə narahat olmurdum. Bilirdim ki, arxamda "dağ" boyda valideynlərim var. Əlləri hər zaman çiynimdədir. Çətinliklərimi onlar aradan qaldırırdılar.

Amma indi... O illər üçün adamın burnunun ucu göynəyir. Başa düşürük. İstəsək belə, bir daha o zamanlara qayıtmaq mümkün deyil. İllər keçib, zaman ötüb. Onlar haqq dünyasına qovuşublar. İndi ata evinə ayaq basanda, məni birinci qarşılayan valideynlərimin divardan asılmış qara fonda şəkilləri olur. Həyəti gəzirəm. Hara göz gəzdirirəmsə, hər yerdə onların izlərini görürəm. Həyət də, həyat da darıxdırıcı, mənasız gəlir adama. Üz tuturam qəbiristanlığa. Yenə də məni qarşılayan valideynlərimin məzar daşlarının üzərinə həkk olunmuş nisgilli şəkilləri olur. Göylərə baxıb gözümü yumuram. Xəyalıma yenə də onların əksi gəlir. Bilmirəm nə edim. Onları görmək, bağrıma basmaq istəyirəm. Hansı ünvana ayaq basıramsa, məni ancaq şəkillər qarşılayır. Heç kimin ağlına gəlməzdi ki, zaman gələcək, övladlar valideynləri üçün darıxanda, onları axtarıb yenidən görmək istəyəndə yalnız soyuq, qara daşları qucaqlamalı olacaq. Çox oturub, nə qədər fikirləşsən də bir heç nəyə nail ola bilmirsən.Bircə yol qalır. O da valideynlərinə tez qovuşmaq üçün ölməyə tələsmək. Allah bağışlasın. Düşündüklərim bəlkə də, allahın qanunlarının əksinədir.

Elxan Çıraxlı

Oxunub: 414
Oxşar xəbərlər
SON XƏBƏRLƏR