dini radikalizm və ekstremizmlə mübarizə

Onu tanıdıqdan sonra ...


Akademik Cavadzadə adına Respublika klinik Uroloji xəstəxananın şöbə müdiri Rüstəm Şibliyevi yaxından tanıyandan sonra Azərbaycan həkimlərinə olan inamsızlığım məhv oldu.
Yaxınım, iş yoldaşım yuxarıda adı çəkilən xəstəxanada böyrək problemi olduğundan cərrahi əməliyyat olunur. Amma həkimin səriştəsizliyi üzündən sidik axarına toxunmuş və ölümlə üz-üzə qalmışdır. İkinci dəfə əməliyyatı heç bir həkim boynuna goturməmiş.
Ailə çıxılmaz vəziyyətdə qalır. Xəstənin nə qədər yaşayacağı ümidsiz idi. Ailə və yaxınları çarəsiz halda capalayır. Bir gün R.Şibliyevə müraciət edirlər. Çox doktorun imtina etdiyi bu qorxulu, çətin və məsuliyyətli cərrahi əməliyyatı boynuna alır və ailəyə böyük ümidlər verir Xəstənin ???? faiz sağalacaqın və həyata qayıdacaqın bildirir.
Həkimin dediyi kimi olur, xəstə sanki yenidən doğulur.
Bu hadisəni eşidincə heyrətə gəldim. Azərbaycanda hələ R.Şibliyev kimi xəstəni öz doğması kimi qəbul edib, sağlamlığına məsuliyyətli yanaşması və həqiqi mənada humanistlik göstərib təmənnasız can yandırması inanılmaz olsada bu bir həqiqətdir. Azərbaycanda belə həkimin olması məni Azərbaycan həkimlərinə olan inamımı özümə qaytardı.
Bu cür övlad, vətəndaş yetisdirən valideynlərin qarşisinda baş əyirəm.
Var olun, Allah sizi qorusun, Rüstəm həkim.
Dünya sizin kimi əsil insanların çiyni üzərində dayanır.
PS. DJB.az -ın təsisçisi olaraq bu yazı ilə sosial media səhifəsində qarşılaşdım, tanıdığım şairənin qələmə aldığı yazını maraqla oxudum. Tahirə Məğrur qeyd etdiyi kimi təmənna ummadan insanlara yardım edən böyük ürəyə sahib olan Rüstəm həkimi oxucularımızın da tanımasını istədim.

Tahirə Məğrur

Oxunub: 381
Oxşar xəbərlər
SON XƏBƏRLƏR