dini radikalizm və ekstremizmlə mübarizə

Elnur Eltürk: “Akademiyada yeni könüllü “Vikipediya” qruplarının yaradılması ölkədə bu fəaliyyəti gücləndirəcək”

 


Azərbaycan Milli Elmlər Akademiyasının elmi tədqiqat  müəssisələrində könüllü “Vikipediya” qruplarının yaradılması ölkəmizdə bu istiqamətdə canlanmaya səbəb olacaq.
         
Bu sözləri AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi Elnur Eltürk bildirib.
         
“Bu il AMEA-da yeni yaradılmış “Elektron Akademiya” şöbəsinın fəaliyyətinin əsas istiqamətinlərindən biri də  “Vikipediya” Ensiklopediyasının elm mərkəzlərində genişləndirilməsini diqqətdə saxlamaqdır. 
         
Qeyd edib ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat və Məhəmməd Füzuli adına Əlyazmalar institutlarının əməkdaşlarına Mərkəzi Elmi Kitabxanada “Vikipediya” təlimləri keçirilir və həmin qruplar yeni məqalələrin yaradılmasını və əsaslı redaktəsini həyata keçirəcəklər:

“Ümumilikdə Akademiyanın hər bir elmi müəssisəsinin bu elektron ensiklopediyada həyata keçirdiyi tədbirlər ölkədə “Vikipediya” fəaliyyətinin genişlənməsinə səbəb olacaq. Üstəlik, qarşıda müvafiq təqdimatların keçirilməsi planlaşdırılır. Bu isə eyni zamanda ümumilikdə institutlarımız tərəfindən görülən işlərlə bağlı məlumatların geniç yayılmasına imkan yaradacaq”.

Oxunub: 164
Oxşar xəbərlər
SON XƏBƏRLƏR