dini radikalizm və ekstremizmlə mübarizə

Lənkəranda mədəniyyət xadimi Şövkət Səfərovanın anadan olmasının 90 illiyinə həsr olunmuş sənədli filmin təqdimat gecəsi keçirilib


Djb.az xəbər verir. Lənkəran şəhər Mədəniyyət Mərkəzində keçirilən anma mərasimində Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Şövkət Səfərovanın ailə üzvləri, şəhid ailələri, qazilər, mədəniyyət işçiləri, ziyalılar, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

İlk olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra açılış nitqi ilə çıxış edən Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov səbəbkar haqqında öz təəssüratlarını bölüşüb. Bildirib ki, Ş.Səfərova yaşadığı rayonun ictimai-siyasi, mədəni həyatında silinməz izlər qoyub. O, mədəniyyət sahəsində çalışdığı dövrdə Lənkəranı, folklorumuzu bir çox ölkələrdə tanıtmağa nail olub. Yaratdığı "Şənlik" rəqs ansamblı Polşadakı müsabiqədə “Qızıl Balta” mükafatı qazanıb. Hazırda həmin mükafatın Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır. İdarə rəisi Ş.Şahbazov həmçinin qeyd edib ki, mədəniyyət xadiminin Lənkəran Şəkil Qalereyasının, Lənkəran Uşaq Rəssamlıq Məktəbinin, Lənkəran Dövlət Dram Teatrının yaranmasında, bir çox mədəniyyət obyektlərinin, eləcə də məktəb və uşaq bağçalarının tikintisi və bərpa edilməsində zəhməti danılmazdır.

Filologiya elmləri doktoru, professor Yədulla Ağazadə mədəniyyət fədaisi Ş.Səfərovanın fəaliyyəti haqqında geniş məruzə edib.
Tədbirdə Şövkət Səfərovaya həsr olunmuş "Mədəniyyət fədaisi" sənədli filminin rejissoru Anar Kəkəyev və ssenaristi Tural Kərimov çıxışlarında filmin necə ərsəyə gəlməsindən ətraflı danışıblar.
Sonra Şövkət Səfərovaya həsr olunmuş “Mədəniyyət fədaisi” adlı sənədli film nümayiş olunub və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sonda çıxış edən Ş.Səfərovanın qızı, "Şöhrət" ordenli pedaqoq Südabə Səfərova təşkilatçılığa görə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirib və filmin yaradıcı heyətinə, tədbir iştirakçılarına öz minnətdarlığını çatdıraraq anası haqqında xoş xatirələrini bölüşüb.





Oxunub: 264
Oxşar xəbərlər
SON XƏBƏRLƏR