dini radikalizm və ekstremizmlə mübarizə

“İxtisas bələdçisi” layihəsi çərçivəsində növbəti seminar Yardımlı rayon Mədəniyyət Mərkəzində keçirilib.

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının əməkdaşı Arzu Xəlilova tərəfindən gənclərə “Düzgün ixtisas seçimi və onun əsas meyarları”, “Seçim dövrünə psixoloji hazırlıq”, “Gələcəyin ixtisasları və onların perspektivləri” və “Təhsil tələbə kreditinə müraciət” barədə ətraflı məlumat verilib.

Seminar əsasında gənclər ixtisas seçimi, gələcəyin ixtisasları haqqında fikir mübadiləsi aparıb.

Qeyd edək ki, seminar DMA-nın Mərkəzi Karyera Filialının təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yardımlı nümayəndəliyinin, Yardımlı şəhəri üzrə təhsil sektorunun dəstəyi ilə keçirilib.


Müxbir İqamət Sadiqli






Oxunub: 167
Oxşar xəbərlər
SON XƏBƏRLƏR