dini radikalizm və ekstremizmlə mübarizə

Mürvət Qədimoğlu Həkəri poeziyasının inciləri



OLAR

İnsanın inamı tükənsə əgər,
İnan ki,ömür də tükənər,bitər.
İnamsız yaşamaq ölümdən betər,
İnamla dağ üstə dağ qoymaq olar.

Günahın olanda heç də yanma çox,
Nə xeyri özünü tez-tez danla çox?
Günahı ah-ufla,ah-amanla yox,
Günahı əməllə bax yumaq olar.

"Dayılı",arxalı nər oğlu-nərsən,
Təkansız ot basmış çayırlı vərsən.
Adam var,halaldı gözünü versən,
Adam var,gözünü dağlamaq olar.

"Tək əldən səs çıxmaz"-atalar deyib,
Tənhanı həmişə xətalar döyüb...
Ay Mürvət, bəxtinə qadalar dəyib,
Döz,adı dözümlə saxlamaq olar.

ADAM VAR...

Adam var,ömür yolu oddan,bürküdən keçir,
Adam var,ömür yolu yüksək kürsüdən keçir.

Adam var,başa vurur bir ömrü kölgələrdə,
Evində urfalıq yox,dilində "mən-mən"keçir .

Adam va ki,səksən il yeyib-içir,yaşayır,
Bu həyat səhnəsindən gözü bağlı,dəm keçir ...

Adam var,ömür boyu şadlığı bol,dəmi bol,
Adam var,həyat yolu qəmdən ,kədərdən keçir.

Səksən il ömür sürüb bir gün qıl körpüsündən-
Adam var,əlləri boş,gözlərində nəm keçir...

Adam var,kürsülərdən torpaq deyib bağırır,
Bir iş görmək gələndə uzaqdan,gendən keçir...

Altında"volva"maşın,başında" norka"papaq,
Adı üçün,rütbə ücün adam var kimdən keçir...

Adam var ki,onunçün Şuşanın ağ yolları,
Dolu pivə camından,dolu cibindən keçir...

Adam var ki,hazırın naziridir həyatda,
Qəlbindən ancaq"ba…

AXTARIR

Dolaşıq işləri duymaq çətindi,
Çaqqal şirlik edir,bir gör nə gündü!
Tərsinə dönübdü zamanə,indi-
Siçanlar udmağa pişik axtarır.

Getdi el qədrini bilən dədələr,
Məsləki naminə ölən dədələr.
Təkcə öz gününü güdən gədələr
İsti yer axtarır,"beşik"axtarır.

Görmədik dünyanın kama çatanın,
Böyük dərdi olur kiçik xətanın.
Ellərə saraylar tikən atanın
Oğlu ev axtarır,eşik axtarır.

Edər ürəyimi dərd deşik-deşik,
Çoxunu meydandan qaçan görmüşük.
Siçanı görəndə şir olan pişik
Pələngi görəndə deşik axtarır...

MƏNİM YAZ MƏLƏYİM,BAHAR MƏLƏYİM

(Əziz nəvəm FATİMƏ-BAHAR üçün)


Neçə illərdi ki, gözlədim səni,
Darıxdım, üzüldüm, özlədim səni.
Qəlbdə əzizləyib bəslədim səni,
Şadlıq şimşək kimi çaxar,mələyim,
Mənim yaz mələyim,bahar mələyim!
*
Səsin gələn zaman hər axşam,səhər,
Anbaan qəlbimdən silinər kədər.
Ömür yaşayırdım üzgün,bir təhər,
Sevinc yaz selitək axar,mələyim,
Mənim yaz mələyim,bahar mələyim!
*
Gəlmisən ömürlük qazanc,nəf kimi,
Gəldin şadlıq kimi,gəldin keyf kimi...
Sənin gülüşünü güllü şərf kimi
Canım hey boynuna
taxar,mələyim,
Mənim yaz mələyim,bahar mələyim!
*
Körpə nəfəsindən gül qoxuyanda,
Vəsfinə sözlərdən gül toxuyanda,
Canım fərəhlənib şeir oxuyanda,
Qıyıb gözlərini baxar,mələyim,
Mənim yaz mələyim,bahar mələyim!..
*
Çəkdiyini çəkib ta yaşım,sinnim,
Sən mənim sevincim,xoş səsim,ünüm.
Tamam dəyişibdi bil,ömrüm,günüm,
Səni gətirəndən qatar,mələyim,
Mənim yaz mələyim,bahar mələyim!..
*
Sevincim olmasın,tanrım,ötəsi!
Dərdimə məlhəmdi səsi,nəfəsi.
Bircə gülüşünə qurban gedəsi-
Şəki, Şirvan, Gəncəbasar, mələyim,
Mənim yaz mələyim,bahar mələyim!
*
Qəlbimdə çaldığım o sazda gəldin,
Şeirimdə,bəstəmdə,avazda gəldin.
Nə yaxşı,nə yaxşı sən yazda gəldin,
Nərgizim,Bənövşəm,lilpar mələyim,
Mənim yaz mələyim,bahar mələyim!

Oxunub: 275
Oxşar xəbərlər
SON XƏBƏRLƏR