T A L E Y İ M D Ə
Sən mənim taleyımdə mirvarisən
Ol mənim həyatımın varısı sən
Arzu -murad ol gəl, bu eşq bağıma
Xoş gəlibsən bu omur yarpağıma.
Tər bağının gülü olum dər məni
İsdəyirsən ölməyə göndər məni
Demərəm getmərəm amma vidalaş
Mənnən heç incimə nə də ki dalaş.
İsdəyirsən dirilt məni öldürmə
Bu mahalı heç vaxt mənə güldürmə
Deməsinlər çixib getdi təkləndin
Deməsinlər günahın var şəkləndin
Qoy desinlər dəli olub dərdinnən
Sən bu elin igidinnən,mərdinnən
Oyna çiling-ağac mən də əl çalım
Dəlisoy de mənə,mən də bəlalaım
Qadan,bəlan varsa tək özüm alım.
G Ö Z Ə L D Ə N D Ü Ş D Ü
Gözələ baxmaqdan göz,əldən düşdü
Dedim ki ,saçıma gözəl,dən düşdü
Sözüm söhbətim hey gözəldən düşdü
Çəkəmmədim ,neynim,gözü əlinnən
Dad ,aman, Göyçəmin bu gözəlinnən.
Ay günəşə vurduğu gözdən vurur
Adamı öldürür, baxışla gözdən qırır
Sözlə vursa məni qaş, gözlə vurur
Ağbulaq suyudu gözəldən gəlir
Getsə tapmayacan bu gözəlinnən
Yaman gözə çarpır gözü çıxmamış
Gedən deyil,gözmü,gözü yixmamış
Evdə -eşikdə də üz,göz olmuşam
Sir deyil ,dərdinnən göz-göz olmuşam
Gözüm səndə qalıb gözsüz gedirəm
Az mənə naz edib göz ,süz,gedirəm.
B U. B A H A R D A
Sevinciniz aşsın-daşsın
Kədər sizdən uzaqlaşsın
Ruzi bərəkət bol olsun
Əkdiyiniz kom-kol olsun
Bu bayramda-bu baharda
Hər ağacın ciçək açsın
Meyvələri aşsın,daşsın
Evdən nəvə səsi gəlsin
Nənə -baba üznə gülsün
Bu bayramda- bu baharda
Çın olsun bütün arzular
Sevənlər etsin düz ildar
Kim qazan dibi qaşıyar
Nə olar toyunda yağsin qar
Bu bayramda -,bu baharda
Küsənlər etdin barışıq
Açılsın bütün qırışıq
Verin naz -qəmzə yaraşıq
Baq baxça olsun sarmaşıq
Bu bayrabda-bu baharda
Sevənlər versin əl-ələ
Xına yaxsın gülə -gülə
Gəzsinlər belədən -belə
Aparsın anası dilə.
Bu bayramda-bu baharda
A L I Ş D I M
Vətən,dərdim göy qədərdi
Buna dözmək bir hünərdi
Bu zülmü haqmı göndərdi?
Həsrətəm öz yaylağıma
Möhtacam buz bulağıma.
Yenə yaz gəlir coşuram
Elə hey mahni qoşuram
Vallah elə bil daşıram
Xəyalım sözüm qaynayır
Könlüm qəm üsdə oynayır
Qəlbim buluda dönübdü
Sanki günəşim sönübdü
Kökdədi telli sazım da
Gəldi Baharım yazım da
Göyçəmin həsrəti bitmir
Qınamayin göynəyirəm
Qardaş sənə söyləyirəm
Apar məni Gədəbəyə
Ordan boylanım Göyçəyə
Sözümü deyim küləyə
Çatar Göyçəyə-Göyçəyə
V. A. R
Oyaq gecələrdən xeyli barım var
Nə qədər şerim var ,yazılarım var
Qəlbimdə dolanan arzularım var
Quş tək asimana qalxır xəyalım.
Bəzən İldırım tək çaxır xəyalım.
Saçım dən,ağ qəlbim qaradır ,qara
Bölünürəm arabir para-para
Belə hallı gedim ora, bura, de,hara?
Susub xəyala dalmağım olmaya
Yenə özümlə qalmağım olmaya.
Sağıma,soluma boylanıram, tər- güləm
Mən güllərin arasında bir güləm
Xainlik xəbislik gəlməz əlimnən
Bircə kəlmə yalan gəlməz dilimnən
Görən niyə ayrı düşdüm gülümnən?
Bilirsənmi, oynayıram tərsinə?
Onda niyə oluram mən tər-sinə?
Aşıq qardaş bu nə hava ,tərsinə
Söylə görüm düzü nədi,tərsi nə?
Bəxti yazanım da yazıb tərsinə.
Nədən, enir,qalxır bu yazıq sinə?
Oxunub: 353