Ulu Öndər Heydər Əliyevin 100 illik yübileyi ilə əlaqədar xatirə lövhəsinin açılış mərasimi keçirilib - VİDEO
Uğurlu fəaliyyəti və dövlət əhəmiyyətli sosial layihələrdə fəal iştirakıyla tanınan peşəkar mühafizə xidməti “Security Operation Services” (SOS) ümumilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı hazırladığı tədbirlər planına uyğun olaraq silsilə tədbirlərini davam etdirir.
Djb.az xəbər verir ki, bu məqsədlə “SOS” MMC-nin inzibati binasında Heydər Əliyevin xatirə lövhəsinin açılış mərasimi keçirilib. Tədbirin məhz bu gündə keçirilməsi Ulu Öndərin 23 mart 1997-ci il tarixli Sərancamı ilə 28 mart tarixinin təhlükəsizlik orqanlarının peşə bayramı kimi təsis edilməsi ilə bağlıdır.
Tədbirdə SOCAR prezidentinin müşaviri İlkin Rəhimov, SOCAR-ın Mühafizənin təşkili, mülki müdafiə və hərbi səfərbərlik şöbəsinin rəisi Cavad Tinayev, Təhlükəsizlik İdarəsinin rəis müavini Şaiq Osmanov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, təhlükəsizlik orqanlarının veteranları Şahin Sayilov, Rais Şabakayev, Dilbər Abasova, “SOS” MMC-nin aparat işçiləri və komanda rəisləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan şirkətin direktoru Anar Məmmədov qonaqları salamlayaraq, Heydər Əliyevin 17 may 1944-ci ildən 12 iyul 1969-cu ilədək leytenant rütbəsindən general-mayor ali rütbəsinədək yüksəlməsindən, bu quruma rəhbərlik etdiyi dövrlərdə təhlükəsizlik orqanlarının milliləşdirilməsi, əməkdaşların peşəkarlıqlarının artırılması, təhlükəsizlik orqanlarının regionda güclü quruma çevrilməsində, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətlərinin yüksək səviyyədə inkişaf etdirilməsində Ulu Öndərin müstəsna xidmətlərindən söz açmışdır.