dini radikalizm və ekstremizmlə mübarizə

Sabah bəzi yerlərdə yağış yağacaq

Sabah bəzi yerlərdə yağış yağacaq


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək.

Azərbaycanın rayonlarında səhər saatlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti olacaq.

Oxunub: 133
Oxşar xəbərlər
SON XƏBƏRLƏR