dini radikalizm və ekstremizmlə mübarizə

Rusiyada "qanuni oğru" həbs edildi

Rusiyada "qanuni oğru" həbs edildi


Stavropol Ərazi Məhkəməsi 2004-cü ildə Moskvada kriminal avtoritetlərin iclasında "qanuni oğru" statusu almış 48 yaşlı Qaraçay-Çərkəz sakini barəsində hökm çıxarıb.

Djb.az rus mətbuatına istinadən xəbər verir ki, o, “Cinayət aləmində ən yüksək vəzifə tutma” maddəsi ilə təqsirli bilinib.

"17 ildən artıqdır ki, o, Rusiyanın cənubunda, o cümlədən Stavropol diyarında fəaliyyət göstərən kriminal elementlərə rəhbərlik edib və dəfələrlə kriminal mühitdə maliyyə və digər münaqişələrin həllində iştirak edib", - KİV yazıb.

Bildirilir ki, məhkəmə qanuni oğrunu 100 min rubl cərimə və 1,5 il azadlığın məhdudlaşdırılması ilə ciddi rejimli koloniyada 8 il müddətinə azadlıqdan məhrum edib.

Oxunub: 164
Oxşar xəbərlər
SON XƏBƏRLƏR