dini radikalizm və ekstremizmlə mübarizə

Aleksey Danilov: “Rusiya maksimum eskalasiyaya hazırlaşır”

“Rusiya hökuməti yaxın həftələrdə Ukraynaya qarşı müharibədə böyük eskalasiyaya hazırlaşır”.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “Sky News” telekanalına müsahibəsində bildirib.

“Rusiya maksimum eskalasiyaya hazırlaşır. O, mümkün olan hər şeyi toplayır, təlimlər və məşqlər keçirir”, - Danilov deyib.

O, həmçinin rusların 2022-ci il fevralın 24-də olduğu kimi cənubdan, şərqdən və şimaldan Ukraynaya qarşı hücuma keçə biləcəklərini də istisna etməyib. Danilovun fikrincə, ola bilsin ki, Rusiya qəsdən hücumunu genişmiqyaslı müharibənin başlanmasının ildönümünə təyin edib.

“Biz başa düşürük ki, hər şey masadadır... Deyə bilərəm ki, yaxın iki-üç həftə ərzində heç bir ssenarini istisna etmirik”, - Danilov bildirib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri indi bütün mümkün ssenarilərə hazırlaşırlar və bu dəfə tərəfdaşlardan 12 ay əvvəlkindən qat-qat çox dəstək alıblar.

Danilov həmçinin əlavə edib ki, Rusiyada səfərbər olunan 320 mindən çox əsgərin təxminən yarısı yeni genişmiqyaslı hücumda iştirak edəcək.

“Biz uzun, çətin dövr keçdik, lakin əminəm ki, əsas döyüşlər hələ qarşıdadır və onlar bu il, iki-üç ay ərzində baş verəcək. Bu, müharibədə müəyyənedici aylar olacaq”, - Danilov əlavə edib.

Oxunub: 194
Oxşar xəbərlər
SON XƏBƏRLƏR