dini radikalizm və ekstremizmlə mübarizə

Bu gün tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyevin Ad Günüdür.

Şamil oğlu Quliyev 24 mart 1983–cü ildə Lənkəran şəhərində anadan olmuşdur. Orta təhsilini 1989–2000–ci illərdə Lənkəran şəhər 1 saylı tam orta məktəbində almışdır. 2004–2005–ci illərdə hərbi xidmətdə olmuşdur. “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, “Azərbaycan tarixi” üzrə magistr təhsili almışdır. Əmək fəaliyyətinə 2007–2013–cü illərdə Lənkəran Dövlət Universitetində baş laborant, muzey laboratoriya müdiri vəzifəsində başlamışdır. 22 noyabr 2014–cü ildə Bakı Dövlət Universitetində “Vətən tarixi” ixtisası üzrə “Qafqaz Arxeoqrafiya Komissiyasının sənədləri Şimali Azərbaycanın Rusiya tərəfindən işğalını öyrənmək üçün mənbə kimi” mövzusunda dissertasiya müdafiə edərək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “tarix üzrə fəlsəfə doktoru” alimlik elmi dərəcəsinə layiq görülmüşdür. 2013–2014–cü tədris ilindən LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecində tarix müəllimi kimi fəaliyyət göstərdiyi müddət ərzində bir neçə layihələrin iştirakçısı olmuşdur. 15 fevral 2022–ci il tarixindən YAP Lənkəran rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədr müavini və Regional İnkişaf İctimai Birliyinin (RİİB) Kollec üzrə koordinatoru təyin olunmuşdur. 14 sentyabr 2018–ci ildən Pedaqoji Şuranın katibi seçilmişdir. 3 mart 2021–ci il tarixindən hal–hazıradək Kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi vəzifəsində çalışır. Azərbaycan Respublikasında keçirilmiş beynəlxalq və respublika əhəmiyyətli elmi–praktik konfranslarda iştirak etmişdir. İndiyə qədər 1 monoqrafiya, 2 fənn proqramı, 30–dan artıq elmi məqalə və tezisləri AMEA–nın Tarix İnstitutunun, Respublika ali təhsil müəssisələrinin elmi xəbərlərində, beynəlxalq konfransların (Ukrayna, Gürcüstan) jurnallarında nəşr olunmuş, sertifikatlara layiq görülmüşdür. Müxtəlif illərdə rayonun ictimai–siyasi həyatında fəal iştirakına görə fəxri fərmanlarla təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Ailəlidir, 3 övladı var.

Allahverən Pərvizoğlu

Oxunub: 193
Oxşar xəbərlər
SON XƏBƏRLƏR