dini radikalizm və ekstremizmlə mübarizə

İslandiyadakı icmamız beynəlxalq birliyə müraciət edib

İslandiyadakı icmamız beynəlxalq birliyə müraciət edib


Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücum İslandiyada yaşayan soydaşlarımızı qəzəbləndirib.

İslandiya-Azərbaycan Cəmiyyətinin yaydığı bəyanatda səfirliyimizin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun qətli, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı qətiyyətlə pislənib. İranda diplomatik nümayəndəliklərin, eləcə də insanların toxunulmazlığına zəmanətin olmamasına diqqət cəlb edilib.

Soydaşlarımız İslandiya ictimaiyyətini və beynəlxalq birliyi bu terror hadisəsini qınamağa çağırıblar. Bəyanatda həmçinin son vaxtlar İran və Ermənistanın Azərbaycan ərazisində davamlı olaraq törətdiyi qanunsuz əməllərin qarşısının alınması məqsədi ilə hüquqi-siyasi müstəvidə təcili tədbirlər görməsinin zəruri olduğu bildirilib.

Oxunub: 160
Oxşar xəbərlər
SON XƏBƏRLƏR