dini radikalizm və ekstremizmlə mübarizə

ZƏHMƏTKEŞ, XEYİRXAH, HUMANİST, MƏNƏVİYYATLI İNSAN


[i]Sadəliyi, səmimiliyi, təmkinliyi, nəcibliyi, ciddiliyi ilə həmişə fərqlənən Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Sadəliyi, səmimiliyi, təmkinliyi, nəcibliyi, ciddiliyi ilə həmişə fərqlənən Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ( AzQAC) prezidenti Novruz Aslanov həyatda sevimli müəllim, dərin alim, qayğıkeş valideyn, dəyərli ziyalı, etibarlı dost, fəal ictimaiyyətçi, nümunəvi təşkilatçı statusunu qazanıb. Nə qədər qəribə səslənsə də, belə insanlar haqqında danışmaq istəyəndə söz tapmaq çətinləşir.

[b]İlk tanışlıq

Novruz müəllimlə ilk görüşümü belə xatırlayıram. “Babadağa baxan ellər” kitabının qarlı, boranlı, sazaqlı qış günündə 9-cu mikrorayondakı restoranlardan birində təqdimat mərasimi idi. Müəllifi tanınmış yazıçı-publisist, şair olan Təranə Cəbiyeva iqlim şəraiti çətin bir gündə hamını – bütün ismayıllılıları bu məkana toplaya bilmişdi. Bu məkan həqiqətən ismayıllılıları birləşdirdi. Burada adi, sadə fəhlədən tutmuş yüksək vəzifəli, deputat mandatını daşıyan insanlaradək var idi. Hamı bir-bir gəlirdi. Novruz müəllimi də ilk dəfə orada görmüşdüm və səmimi görüşmüşdük də. Sonrakı görüşlərimiz isə tələbə yoldaşım, “Yeni təfəkkür” qəzetinin baş redaktoru, “Əməkdar jurnalist” Şəmsiyyə Kərimovanın vasitəsilə baş tutmuşdu. Bu faktı mən bir dəfə
də yazılarımın birində qeyd etmişdim. Niyə təkrarən yazıram? Çünki bu yaradıcı insanla hər görüşümüzdə həm çox şad oluram, həm də ondan çox şey öyrənirəm. Hələ ilk görüşümüzdən mehriban, xeyirxah, səmimi, zəhmətkeş və dərin biliyə malik ziyalı kimi yaddaşıma həkk edilmiş bu insan sonrakı görüşlərimizdə də elə ilk görüşümüzdə gördüyüm ziyalı kimi qəlbimdə özünə yer tapa bildi.
Bəli, üstündən illər keçdikcə biz onunla daha tez-tez görüşməyə başladıq və hər dəfə mən onu görəndə həmişə yüksək işgüzarlığının, xoş ovqatda olduğunun şahidiyəm.

Həqiqət, elm xəyalları və romantikanı qabaqlayır

Bu yazımda oxucu auditoriyasına çatdırmaq istədiklərimi məşhur filosof və yazıçıların müdrik fikirləri ilə izah etməyə çalışacağam. Məşhur filosof Kantın belə bir fikri var: “İnsan təbiəti etibarilə heç də mənəviyyatlı deyil, o yalnız idrakının qanun və öhdəliklər anlayışına yüksəlməsi ilə mənəviyyatlı olur”. Mənəviyyatlı adamların çox, ya da az olmasından bəhs etməkdən tam uzaq olaraq, demək istəyirəm ki, Novruz Aslanov mənəviyyatlı adamdır. O buna “idrakının qanun və öhdəlikləri anlayışına yüksəlməsi ilə” nail olub. Novruz müəllim olduqca sağlam insandır. O, həm mənəvi cəhətdən, həm də fiziki cəhətdən sağlamdır. Yaşından, vəzifəsindən, cinsindən, mövqeyindən asılı olmayaraq, hər bir şəxsə sağlam münasibəti var.
Bəlkə də xəyallara qapılır, romantik hisslərin təsiri altına düşürəm, bilmirəm, bu barədə heç nə demək istəmirəm. Ancaq mənim xəyallarımı, romantik hisslərimi qabaqlayan bir həqiqət var. Ona həqiqətlə yanaşı, bəlkə elm də demək olar. Bu həqiqət, elm xəyalları və romantikanı, bir daha qeyd edirəm ki, qabaqlayır. Yəqin ki, fransız yazıçısı Yül Vernin fikrini qeyd etmək yerinə düşər: “Bir vaxt gələcəkdir ki, elm xəyalı qabaqlayacaq”. Bizim hər birimizin xəyalları, istəkləri, romantik baxışları həqiqət, elm qarşısında acizdir. Bəşəriyyət yarandığı gündən həqiqət, elm bir çox şeyə qalib gələ bilib. Odur ki, Novruz müəllim barədə nə qədər xəyallarla, romantik hisslərlə danışsam da, yazsam da, onun bugünkü fəaliyyəti, həyatda varlığı, həyata elmi və fəlsəfi baxışı, insani yanaşması düşündüklərimin üstündən xətt çəkir. Sevinirəm ki, o, yaşayır, yazıb yaradır, cəmiyyətin quruculuq işlərində, dövlətin inkişafında yaxından iştirak edir, Azərbaycanın tərəqqisinə özünün layiqli töhfələrini verir.

İnsanlara hədsiz sevgisi olan, sağlam ruhu ilə mənəvi qida alan
Novruz Aslanovun varlığı


İngilis yazıçısı Vilyam Şekspir yazır: “Yağışı sevdiyini söyləyirsən, amma yağış yağınca çətiri açırsan... Günəşi sevdiyini söyləyirsən,amma günəş çıxanda kölgəyə qaçırsan… Küləyi sevdiyini söyləyirsən, külək başlayanda pəncərəni örtürsən... Məni sevdiyini söyləyirsən, bax, mən də bundan qorxuram.” Bəli, insan sevdiyini söyləyir. Yağışı, günəşi, küləyi, hər hansı bir kəsi sevdiyini söyləyir, ancaq bu sevgiyə çatanda onunla dabandabana zidd olanlara önəm verir. Bu da real bir həyatdır, elə həyatın özüdür.
Sevgisi böyük olan insanların ruhu çox zəngin olur. Onlar hər şeyin qiymətini və dəyərini bilirlər. Məhz həyata və insanlara sevgisi hədsiz dərəcədə böyük olan Novruz müəllim hər şeyin və hər kəsin qiymətini, dəyərini yaxşı bilir. Bir Afrika atalar sözündə deyilir: “Cibi zəngin, amma ruhu kasıb olan adamın halı çox pisdir. Çünki o, hər şeyin qiymətini bilər, ancaq dəyərini yox”. Hər şeyin, hər kəsin dəyərini, qiymətini yaxşı bilən, həyata, insanlara hədsiz sevgisi olan, sağlam ruhu ilə qarşı tərəfdən mənəvi qida alan Novruz Aslanovun varlığı, məqsədyönlü, səmərəli fəaliyyəti bu gün onu tanıyanların, deputat seçildiyi ərazinin sakinlərinin bir çoxunun, onun əvəzsiz, təmənnasız xeyirxahlığının şahidi olan hər kəsin qəlbində sevinc və fərəh hissi doğurur.

Həsəd aparılacaq xarakter sahibi

Fransız ədəbiyyatının görkəmli nümayəndəsi Viktor Hüqonun belə bir fikri var: “Bizi həmişə özümüzdə çatışmayan cəhətlər cəlb edir. Gün işığını kor qədər heç kim sevmir”. Bəzi insanlarda sadəlik, səmimilik, xeyirxahlıq və s. cəhətlər olmur. Deməli, həmin insanlarda bu cəhətlər çatışmır. N.Aslanov bu baxımdan həsəd aparılası bir ziyalı, öyünüləsi şəxsdir. O, yaşından asılı olmayaraq hər bir kəslə sadə insan kimi davranır. Başqa sözlə, o, hər bir kəslə öz dilində danışmağı bacarır. Novruz müəllim gəncliyə, orta, yaşlı və ahıl nəslə aid enerjini sintez edən bir ictimai xadim, təşkilatçı insan kimi şəraitə uyğun olaraq davranır. Yaxşı xatırlayıram, hələ də davam edən pandemiyanın ilk günlərindən bu günədək İsmayıllı RİH-nin başçısı Nahid Bağırovla birlikdə deputat seçildiyi 86 saylı İsmayıllı Seçki Dairəsinə aid bütün qəsəbə və kəndlərdə iş-gücün başdan aşdığı vaxtlarda ehtiyac içində olan, müraciətlərinə həssaslıqla yanaşdıqları insanlara qayğı və diqqət göstərmələrindən həzz alıblar. Şəhid və qazi ailələrinə baş çəkib, onlara maddi və mənəvi dəstək olublar. Yorulmadan, usanmadan çalışıb, tanıdıqlarının, ətrafında olanların sevinməsindən, uğur qazanmasından zövq alıblar.
Novruz müəllim insanları, sözün yaxşı mənasında, yola verməyi bacarır. Kim ona ağız açırsa, kömək istəyirsə, ümidsiz qalmır. Birisinin ona ünvanlanmış sorğu və məktublarına cavab verir, onları lazımi ünvanlara çatdırır, üstündə durub həmin məsələnin son həllinədək çalışır, birinə maddi köməklik göstərir, birinə evində baş vermiş bədbəxt hadisəyə, qəzaya görə zəruri yardımlar edir, bir sözlə, daim ona müraciət etmiş seçicinin yanında olur, onun müraciətini səbirlə dinləyir, özünün xoş münasibəti, aydın danışığı ilə müsbət reaksiyasını bildirir. Belə halların dəfələrlə şahidi olmuşam. Etdiklərinin heç vaxt reklamına çalışmaylb. Gördüyü işlər bir deputat kimi çap edilmiş İllik hesabat kitabçasında çox aydın formada göstərilib. Mən də bu yazını o hesabata və şəxsi müşahidələrimə əsasən qələmə aldım. Əgər həmin rəqəmləri, faktları yazıya çevirsəm, neçə səhifəlik siyahı alınar. Bu fikirləri yazmaqda məqsədim budur ki, Novruz müəllimin onu tanımayan müəyyən insanlara xarakterinin, ictimai-sosial fəaliyyətinin görünməyən, sirr qalan tərəflərini bəyan edim. O bu işləri ona görə bacarır ki, dünyəvi biliyi yüksək səviyyədə olmaqla yanaşı, insanlığı və humanistliyi də ali səviyyədədir.

Onun xeyirxahlıq xisləti, insanlıq sevgisi

Dəniz ona görə böyükdür ki, heç bir çayı özündən rədd etmir. Novruz müəllim ona görə əsl ziyalı, ictimai xadim, vətənpərvər və torpaq təəssübünü çəkən insandır ki, o, heç kəsi özündən uzaqda, kənarda saxlamayıb. Seçicilərinə də, iş yoldaşları olan böyük bir kollektivə - Azərbaycan Qızıl Aypara Cəmiyyətinə də, dostlarına da, yerlilərinə də, tanışlarının hər birinə də doğmalıq, yaxınlıq göstərib və bu gün də göstərməkdədir.
Novruz müəllim ömrünün olduqca məhsular və məsuliyyətli dövrünü yaşayır. O, həmişə işləyib - zəhmət onu bu görkəmdə saxlayıb, heç kimə pislik etməyib, əksinə, həmişə hamıya yaxşılıq edib, xisləti onu belə yüksək əhvali-ruhiyyədə saxlayıb, insanlara yaxşılığı insanlığı sevdiyi üçün eləyib, sevgi onu belə saxlayıb, biliyindən həmişə hamıya pay verib, dualar onu nurlu, işıqlı saxlayıb, hamıya hörmət və ehtiramla yanaşıb, xeyirxahlıq və mədəniyyət onu daxilən zəngin saxlayıb... Belə insanlara el içində “Allah adamı” deyirlər.

Sabaha ümid və inamla baxan insan

Hələ də qurub-yaratmaq amalı, şövqü ilə yaşayan Novruz Aslanov yenə öz ideyalarına, adət-ənənələrinə, düşüncələrinə uyğun fəaliyyət göstərir. Yenə gündəlik gəlib getdiyi binaya daxil olur, iş yerindəki otağının qapısını şəstlə açır, yenə yüzlərlə insanın ümidlə təşrif buyurduğu otaqda işləyir, yenə ona müraciət edən hər kəsə məsləhət verir, yenə xarici səfərlərə hazırlaşır, konfranslarda edəcəyi məruzələrini yazır, yenə məqalə və kitab yazır. Bütün bunları o, vəzifə borcu kimi edir, amma bəlkə də bilmir ki, bu binada onun tabeçiliyində olan işçilər, onun hər bir çıxışına diqqət kəsilənlər, dost-tanışlar, gedəcəyi konfrans iştirakçıları, oxucuları onunla görüşdən faydalandıqları üçün həmişə onu gözləyirlər.
Tanınmış ictimai xadim, vətənpərvər insan, görkəmli ziyalı, Azərbaycanın sosial-iqtisadi inkişafında, könüllülər hərəkatının tərəqqisində və s. sahələrdə xidmətləri olan Novruz müəllim isə sabaha, gələcəyə daha çox ümidlə baxır, inamla yanaşır…

Daşdəmir ƏJDƏROĞLU









Oxunub: 435
Oxşar xəbərlər
SON XƏBƏRLƏR