dini radikalizm və ekstremizmlə mübarizə

Donmuş ürəklər


Elçin bir neçə gün idi ki, heç bir yerdə qərar tuta bilmirdi. O tərəf- bu tərəfə gəzişir, problemlərin əlindən qaçıb canını qurtarmağa çalışırdı. Amma nədən ki, istəyinə nail ola bilmirdi. Hamıdan uzaq, hər şeydən kənar bir kəsin olmadığı həyat arzulayırdı. Amma o burada da öz rahatlığını tapa bilmirdi. İnsan hənirtisi gəlməyən sakit bir guşəyə çəkilsə də, problemlər onu birinci qaşılayıb "xoş gəldin" deyirdi. Elçin özünü bu dünyanın adamı saymırdı. Başqa insanların dərd sərini öz problemi hesab edir və ürəyində onlara geniş yer verirdi. Deyir nə vaxt kimə ki, ürəyi yanıb, yaxşılıq etmək istəyirəmsə acı cavablar almaq məcburiyyətində qalıram.Yaxşılıq etmək istəyində olduğumu qarşımdakına qandıra bilmirəm. Bunu da özünə dərd edirdi. Adamlar niyə axı bu cür düşünürlər? Məgər insanlar bu dünyaya bir- birinə yaxşılıq etmək, dayaq durmaq ,dərdlərinə şərik olmaq üçün gəlməyiblərmi? İnsanların buzlaşmış ürəklərinin donu görəsən nə vaxt açılacaq?! Yaddaşından da şikayətli idi. Dünən ağlına gələnləri bu gün yada sala bilmirdi. Problemləri elə " bəsləyib" böyütmüşdü ki, onun ağırlığına artıq çiyinləri, tab gətirə bilmirdi. Düşünürdü ki, allah insana onun daşıya biləcəyi qədər "yük" verir. O bir tərəfdən problemsiz bir həyat yaşamaq istəyirdi. Bəzən problemsiz həyatın da maraqsız olduğu qənaətinə gəlirdi. Çaş baş qalmışdı. Bilmirdi həyat haqqında olan xalq deyimlərinin hansına inansın, birinciyə, yoxsa sonuncuya? İki- üç gün var idi ki , qarlı, çovğunlu hava şəhər həyatını bir az dəyişdirimişdi. Neçə illərdir ki, Elçin paytaxta belə qar yağmasına şahidlik etməmişdi. Şəhər də qarın üzünə nə vaxt idi ki, həsrət qalmışdı. Sonuncu dəfə qarı barmaqları arasında möhkəmcə sıxıb qartopu düzəldib bir kiməsəyə tərəf atdığını xatırlamırdı. Şəhərə qar yağmasına isə hamı sevinirdi. Hər tərəf düm ağ rəngə bürünmüşdü. Elçin göydən yerə rəqs edərək enən saysız qar ləpələrinə tamaşa etdikçə sevinir, kirayədə yaşadığını sanki, bir anlıq unudurdu. Qar yağması da bir gözəllik, təbiətin bir mənzərəsi idi. Rəssam fırçası lazım idi ki, o mənzərəni olduğu kimi yaratsın, yazarlar əlində qələm ilhama gəlib qarın yağmasına aid obrazlı ifadələri ağ vərəqə köçürsünlər. Elçin bunları yaxşı anlayırdı.
Bir neçə gündən sonra isə donmuş buzlar əriməyə başlayır. Hər kəsi sevindirən ağ bəzəkdən əsər- əlamət qalmır. Evlərin damlarından, ağacların budaqlarında donan buzlar yavaş- yavaş əriməyə başlayır. Elçin pəncərə qarşısına gəlib bu mənzərəyə xeyli tamaşa etdi. Gözünü bir nöqtəyə zilləyib nəsə düşünməyə başladı. Danışmasa da, ürəyindəkilər gözlərindən aydın oxunurdu: " Nə olaydı, kaş insanların ürəyindəki donmuş buzlar da ,bax beləcə əriyə. Mərməhət hissi daha da arta. Dərdlərini bir- biri ilə hə zaman bölüşələr. İmkanlı adamlar həmişə kasıblara əl tuta. Axı bunları etmək elə bir çətin iş deyil. Yaşamaq, bax onda daha maraqlı və daha şirin olur. Unutmayaq ki, biz bu dünyaya bir daha gəlməyəcıyik."

Elxan Çıraxlı

Oxunub: 338
Oxşar xəbərlər
SON XƏBƏRLƏR