dini radikalizm və ekstremizmlə mübarizə

Lənkəran Şəhər Mədəniyyət Mərkəzində 20yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib



Djb.az xəbər verir. Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Daha sonra Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru, Anar Kəkəyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisədən, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb. Həmin dövrün siyasi mənzərəsi və xalqın azadlıq uğrunda mübarizəsindən bəhs edən Anar Kəkəyev 20 Yanvar faciəsi ilə Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdiyini deyib.

Tedbirdə Mərkəzin "Babalar" xor kollektivi, Darquba Folklor klubu digər klubların dərnək üzvləri 20 Yanvar faciəsi ilə bağlı mahnı və şeirləri ilə çıxış etdilər.

Sonda 20 Yanvar faciəsinə həsr olunmuş video-çarx nümayiş etdirildi.

Allahverən Pərvizoğlu.



Oxunub: 269
Oxşar xəbərlər
SON XƏBƏRLƏR