dini radikalizm və ekstremizmlə mübarizə

Helikopter qəzasında həlak olan Ukrayna DİN əməkdaşlarının adları açıqlanıb

Helikopter qəzasında həlak olan Ukrayna DİN əməkdaşlarının adları açıqlanıb


Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzası zamanı ölən DİN əməkdaşlarının adları açıqlanıb.

Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.Nazirliyin məlumatına görə, helikopterdə nazir Denis Monastırski, onun birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviçdən başqa aşağıdakılar da olub:

Daxili İşlər Nazirliyinin patronaj xidmətinin rəis müavini Tatyana Şutyak;

Milli Polisin Daxili Təhlükəsizlik İdarəsinin mühafizəsinin təmin edilməsi şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mixail Pavluşko;

Milli Polisin Daxili Təhlükəsizlik Departamentinin xüsusi mühüm işlər üzrə baş əməliyyatçısı Andrey Marinçenko;

Daxili İşlər Nazirliyinin Rabitə İdarəsinin aparıcı inspektoru Nikolay Anatski;

Təyyarə komandiri, Xüsusi Təyinatlı Aviasiya Eskadrilyasının Helikopter təlimatçısı Aleksandr Vasilenko;

Xüsusi Təyinatlı Aviasiya Eskadrilyasının helikopter pilotu, Mülki Müdafiə Xidmətinin giziri İvan Kasyanov.

Oxunub: 160
Oxşar xəbərlər
SON XƏBƏRLƏR