dini radikalizm və ekstremizmlə mübarizə

İNANDIĞIM İŞIQLI ADAMIN QARANLIQ TƏRƏFİ...


( PRİTÇA)


Mən onu ilk dəfə yazılarından tanıdım.Hiss edirdim ki, oxuduqlarım ritorika deyil,əsl həqiqətlərdir.Elə özü də azadlıq,xoşbəxt həyat aşiqi idi.Üzünü görməsəm də qəlbinin dərinliyində qaynayan bulağın gözü yazılarından mənə sarı boylanırdı.Saf,dumduru göz yaşı kimi! Dağların mehindən sərinlənən suya bənzər gümüşü yazıları da məni özünə bürüyərdi...Elə zənn edirdim ki,bu adamı kəşf etmişəm.Alın tərimin,çəkdiyim zəhmətin məhsuluna sevinirdim.Sevinirdim ki,qazandığım uğur mənə qazanc gətirməsə də ölçüyə sığmaz bir mənəvi gözəllik,dəyər bəxş edəcəkdir.Elə mənə güc verən,yaşadan da bu möcüzəydi! İstəyirdim ki onu çərpələng kimi uçurdam,lap yüksəkliklərə qalxsın,amma hərdən görürdüm ki,elə enib...enib lap alçaqlardan uçur özü üçün...Nə qədər vəsfi-hal yazdım hüsnünə və nə qədər tərənnümlər...Nədənsə bu romantika az da sürmədi.Neçə bahar,neçə payız keçdi onun üstündən.Hələ qızmar yayı,çovğunlu-qarlı qışı demirəm...Mən ona yaxınlaşdıqca inandığım adam məndən uzaqlaşırdı.Hardasa...hardasa kiməsə yaxınlaşdıqca şübhələr də məni bürüyürdü.
Sonra fikirləşdim ki, həqiqəti görmək,onu tanımaq üçün şübhələrə də inanmalısan.Böyük inam və ümid bəslədiyim adamın elə yerdən səsi-sorağı gəlirdi ki,ətim ürpəşirdi,başımın tükləri biz-biz olurdu.Getdikcə həmin adama olan inamım,etibarım sarsılırdı.Özümdən asılı olmayaraq əvvəlki illərdən fərqli olaraq adama son aylar güvənim yavaş-yavaş çat verməyə başladı...
Özümü qınayırdım.Bəlkə aldanmışdım.Düşünürdüm ki, şərt yazıları birbəbir oxumaq,duymaq deyil,əsas düzgün qərar qəbul etmək və ona da düzgün əməl etmək imiş! Bəlkə nə vaxtsa ürəyimə yalan danışdığımdan,bu gün ürəyim də mənim sözümə baxmayıb...elə məni aldadırmış!
Səhv etmişdim. Lap böyük bir səhv!..Ancaq səhvmi?...Yox...yox...bəlkə bu,bir yalnışlıq idi.Yerini səhv salmışdım!..Gərək onun yazılarını...o adamı kəşf edəndə...ilk növbədə onun özünü kəşf edəydim.Amma özünü kəşf etməyə imkan vermirdi.Bəlkə də utanırdım,bəlkə də öz mənliyimə sığışdırıb bu yolu seçmişdim? Hərdən bir bəhanə ilə aradan çıxardı,həmin adam.Bax...onda başladı mənim şübhələrim həmin adama qarşı...Birdən yadıma hardasa oxuduğum bir müdrik fikir düşdü.
"Ürəyi hamıya açıq olan adamın ürəyində darısqallıq olar"...Bəlkə adamın qəlbində bu səbəbdən elə,mənə yer
tapılmırmış!
Çox soyumuşdum...bu adamdan.Elə bil öz əli ilə məndə özünə qarşı bir ikrah hissi,qəzəb yeli yaratmışdı.Üzünü görməsəm də səsini də eşitmək istəmirdim.Nədənsə son zamanlar səsində də qəribə,yad notlar,cılız bir aldadıcı hənirti var idi.Elə bil həmin adam deyildi,çox eybəcərləşmişdi,incəlikdən,zəriflikdən əsər də qalmamışdı.. Səsindən adam diksinirdi,ora-bura devikirdi.Adam nə qədər dəyişərmiş,İlahi!
İndi...indisə ona olan nifrətim əvvəlki illərdə olan məhəbbətimdən daha güclü idi!..
Gecənin qaranlığına nə var ki? Gündüzün qaranlığı vahiməli və qorxulu olur.Elə günün günorta çağı bu,"işıqlı adamın" qaranlığı üstümə elə yüyürürdü ki...Özümü itirib...tapa da bilmirdim.
Ta bilmədim bu,nədəndir?...Bəlkə də...bəlkə də bu,həyatın elə özü belədir!..

Həsən Orucoğlu

Oxunub: 421
Oxşar xəbərlər
SON XƏBƏRLƏR