dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda yaşayan Naxçıvan sakinlərinə – Şad xəbər




Bakıda və ölkənin digər şəhər və rayonlarında yaşayan Naxçıvan Muxtar Respublikası sakinlərinin ASAN Xidmət mərkəzlərində şəxsiyyət vəsiqələrini dəyişdirməsi mümkün olacaq.

Məlumata görə, ASAN Xidmət Mərkəzlərində Naxçıvan qeydiyyatında olanlara şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb.

Qeyd edək ki, indiyədək Naxçıvan sakinlərinin şəxsiyyət vəsiqələrini dəyişdirməsi ildə bir neçə dəfə yalnız Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində və ya Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində həyata keçirilirdi. Bu da istifadə müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini və ya digər sənədlərini dəyişdirmək istəyən vətəndaşlar üçün əlavə çətinlik və vaxt itkisinə səbəb olurdu.

Oxunub: 158
Oxşar xəbərlər
SON XƏBƏRLƏR